YAP Daşkəsən rayon təşkilatının X hesabat konfransı keçirilib
07.08.2021 [10:48]
Avqustun 6-da Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev hesabat məruzəsi ilə çıxış edib. M.Yolçuyev bildirib ki, hazırda rayon təşkilatı 70 ərazi ilk partiya təşkilatında 4700 partiya üzvünü birləşdirir. Onlardan 2000 nəfəri qadın, 1000 nəfəri isə gənclərdir. IX konfransdan keçən müddət ərzində 427 nəfər partiya sıralarına qəbul olunub.
M.Yolçuyev hesabat dövrü ərzində keçirilən tədbirlərdən bəhs edərək bildirib ki, məqsəd hər bir tarixi hadisənin əhəmiyyətini bugünkü və gələcək nəsillərə çatdırmaqdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin düşünülmüş və bugünümüz üçün müəyyənləşdirilən siyasətinin təməlində azərbaycançılıq ideologiyası dayanır. Kimliyindən, harada yaşamasından, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs Vətəninə, torpağına bağlı olmalıdır. Necə ki, xalqımız 44 günlük Vətən müharibəsi dövründə dünyaya dəmir yumruq kimi birliyimizi, həmrəyliyimizi nümayiş etdirdi. Bu gün həmin birlik tarixi sahibinə qovuşan Qarabağımızda bərpa və quruculuq işlərində özünü nümayiş etdirir.
Sonra YAP Daşkəsən rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Yaşar Məhərrəmovun hesabatı dinlənilib.
Müzakirələr zamanı Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, rayon təşkilatının sədr müavini Namiq Süleymanov, rayon təşkilatı Qadınlar Şurasının sədri Rəna Aslanova, Daşkəsən Rayon İcra Hakimiyyəti Aparatı ilk partiya təşkilatının sədri Malik Ələsgərov, YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Elşən Alıyev çıxış edərək təşkilatın hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən YAP-ın bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Xalqımız ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, son 18 ildə cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. Yeni Azərbaycan Partiyası Azərbaycanın, ümumilikdə regionun güclü siyasi təşkilatı kimi inkişaf etməklə bərabər, dünyanın qabaqcıl ölkələrinin aparıcı siyasi partiyalarının təcrübəsini də tətbiq edir. Fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası bir çox ölkələrin hakim partiyaları ilə əməkdaşlıq edir.
Ə.Tağıyev ölkəmizin uğurlarında Yeni Azərbaycan Partiyasının böyük rolu olduğunu önə çəkərək, YAP Daşkəsən rayon təşkilatının gələcək fəaliyyətinə uğurlar arzulayıb.
Konfransda YAP Daşkəsən rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49

