/ / YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
05.08.2021 [09:12]
Avqustun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır. Onun sözlərinə görə, qurultayın keçirilməsində əsas məqsəd 44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə və regionda yaranmış yeni reallıqlar fonunda YAP-ın qarşısında duran vəzifələrin və yeni dövr üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsindən ibarət olub.
YAP Sədrinin müavini qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizin azad olunması ilə bağlı ötən illər ərzində dövlətimiz Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sistemli iş aparıb: “Məlumdur ki, bu dövrdə Ermənistan və onun havadarları, erməni diasporu, lobbisi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün kampaniyalar aparıblar. Bu informasiya müharibəsində ölkəmiz tərəfindən Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldü. İqtisadiyyatımızın bir neçə dəfə artması, xüsusilə güclü ordunun yaradılması, Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunması, tolerantlıq məkanı kimi özünü təsdiqləməsi bizi qələbəyə doğru aparan mühüm amillərdir. Eləcə də Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hücum diplomatiyası nəticəsində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında sənədlər qəbul olundu ki, bu sənədlər öz gücümüzə torpaqlarımızı işğaldan azad etmək üçün hüquqi baza rolunu oynadı”.
Tahir Budaqov deyib ki, 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti təcəssümüdür.
Qarşımızda böyük vəzifələrin dayandığını deyən YAP Mərkəzi Aparatının rəhbəri diqqətə çatdırıb ki, bu vəzifələrin yerinə yetirilməsi üçün daha da güclü olmalıyıq. Bu baxımdan, Yeni Azərbaycan Partiyası üçün də yeni prioritetlər mövcuddur. Partiyanın hazırlanan yeni proqramında bu prioritetlər geniş şəkildə öz əksini tapacaq. Prioritetlər sırasında Azərbaycana dost olan ölkələrin siyasi partiyaları ilə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi də xüsusi yer tutur. Buna nümunə kimi YAP və AK Parti arasında imzalanmış əməkdaşlığa dair niyyət protokolunu və hər iki partiyanın nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini vurğulamaq yerinə düşər.
Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş 6 siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inamını ifadə edib.
Tədbir iştirakçılarından Azərbaycan Yurddaş Partiyasının sabiq sədri Gülayə Səfərova, Azərbaycan Kəndli Partiyasının sabiq sədri Məmməd Məmmədov və Azərbaycan Demokrat Sahibkarlar Partiyasının sabiq sədri Qasım Qasımov çıxış edərək Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvləri kimi üzərlərinə düşən vəzifələri layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.
Sonra tədbir iştirakçılarına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25

