Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının X hesabat konfransı keçirilib
01.07.2021 [09:34]
İyunun 30-da Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov hesabat məruzəsi ilə çıxış edib. R.Göyüşov bildirib ki, YAP Binəqədi rayon təşkilatının fəaliyyətinin əsas qayəsini müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, partiyamızın yaradıcısı, Ümummilli Liderimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, təbliğ olunması və gənc nəslə çatdırılması təşkil edib. Bu məqsədlə rayon təşkilatında davamlı və müntəzəm olaraq müxtəlif məzmunlu tədbirlər, konfranslar, təqdimatlar, görüşlər, debatlar, yaradıcılıq müsabiqələri, idman yarışları, bilik yarışları və s. tədbirlər keçirilib.
Qeyd olunub ki, rayon təşkilatının fəaliyyətinin əsas istiqamətlərindən biri də partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin gördüyü işlərin təbliğindən ibarət olub. YAP Binəqədi rayon təşkilatı tərəfindən konfranslararası dövr ərzində, ümumilikdə, 500-dən çox tədbir keçirilib. Hazırda YAP Binəqədi rayon təşkilatında 189 ərazi ilk partiya təşkilatı üzrə 15 min 876 üzv birləşib.
Sonra YAP Binəqədi rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Əlişah Rəcəbovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri, YAP Binəqədi rayon təşkilatının sədr müavini Eldar İbrahimov, YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Binəqədi rayon təşkilatının sədr müavini, 53 saylı tam orta məktəbin direktoru Tünzalə Zeynalova, YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin departament rəhbəri Aygün Əliyeva və YAP Binəqədi rayon təşkilatının İdarə Heyətinin üzvü, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Azərbaycanın dövlət müstəqilliyi, malik olduğu təbii sərvətləri, geopolitik üstünlükləri xalqımızın milli sərvətidir və hər bir Azərbaycan vətəndaşı kimi YAP-ın üzvləri də Azərbaycan Respublikasının dövlət müstəqilliyini və ərazi bütövlüyünü qorumağı özünün birinci dərəcəli vəzifəsi hesab edir. Onun sözlərinə görə, partiyamız ötən dövr ərzində böyük nailiyyətlər qazanıb.
Əhliman Tağıyev YAP Binəqədi rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Binəqədi rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

