Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının XI hesabat konfransı keçirilib
26.06.2021 [09:37]
İyunun 25-də Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.
Əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd olunub ki, X konfransdan ötən dövr ərzində rayon təşkilatının sıralarına 3532 nəfər daxil olub. Onların 2722 nəfəri gənclər, 1987 nəfəri isə qadınlardır. Hazırda təşkilatda 122 ərazi ilk partiya təşkilatı üzrə 27 min 432 nəfər üzv birləşib. Təşkilat üzvlərinin 18 min 140 nəfərini gənclər, 15 min 220 nəfərini isə qadınlar təşkil edir. Hesabat dövründə 26 yeni ərazi ilk partiya təşkilatı yaradılıb. Bildirilib ki, YAP Səbail rayon təşkilatı tərəfindən 2015-2021-ci illərdə siyasi-ideoloji işin təşkili, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərin keçirilməsi və gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində müxtəlif səpkili işlər görülüb.
Rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlər slaydlarla təqdim olunub.
Sonra YAP Səbail rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Səbuhi Gülməmmədovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP İdarə Heyətinin və Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Auditorlar Palatasının sədri Vahid Novruzov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Hacan Hacıyev, YAP Veteranlar Şurasının və rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova, YAP Səbail rayon təşkilatının “Aktyorlar” ərazi ilk partiya təşkilatının sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, YAP Səbail rayon təşkilatının Şura üzvü, 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucova, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü, 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova və YAP Səbail rayon təşkilatının “Rabitəçilər” ərazi ilk partiya təşkilatının sədri Elmir Vəlizadə çıxış edərək YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Ulu Öndərimizin “Dünənin, bu günün, gələcəyin partiyası” deyə qiymətləndirdiyi Yeni Azərbaycan Partiyasının xalq, dövlət qarşısındakı böyük xidmətləri bu nəhəng təşkilatın cəmiyyətdəki mövqelərini get-gedə daha da möhkəmləndirir, insanların bu partiyanın ideoloji-siyasi xəttinə dəstəyini gücləndirir. Yeni Azərbaycan Partiyası əbədi liderimiz Heydər Əliyevin xilaskarlıq missiyasına siyasi-mənəvi dayaq olan, Onun adı ilə simvollaşan, məsuliyyət sükanını böyük məharətlə əlində saxlayan Prezidentimiz və Partiyamızın Sədri cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin dəstəyi ilə həyata keçirdiyi müstəqil, qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində dinamik inkişaf edən ölkəmizin daha da qüdrətlənməsi, möhkəmlənməsi naminə öz prinsip və amallarına daim sadiq olan möhtəşəm partiyadır.
Əhliman Tağıyev partiyamızın həyatında baş verən yeniliklər barədə də məlumat verib və bu baxımdan YAP-ın VII Qurultayında qəbul olunmuş qərarların böyük əhəmiyyət kəsb etdiyini söyləyib. O, YAP-ın yeni Nizamnaməsinə əsasən partiyanın yerli təşkilatlarının üzərinə düşən vəzifələr barədə də öz fikirlərini bildirib.
YAP Səbail rayon təşkilatının partiyanın nümunəvi yerli strukturlarından biri olduğunu deyən Əhliman Tağıyev təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, konfransda YAP Səbail rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

