/ / Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib
23.06.2021 [08:59]
İyunun 22-də Yeni Azərbaycan Partiyası (YAP) Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar hesabat-seçki yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayevin başqa işə keçməsi ilə əlaqədar növbədənkənar hesabat-seçki yığıncağının keçirilməsinə zərurətin yarandığını bildirib, H.Paşayevə Mərkəzi Seçki Komissiyasının üzvü kimi gələcək fəaliyyətində uğurlar arzu edib.
Daha sonra yığıncağın gündəliyi təsdiq olunub. İlk olaraq, Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə dair hesabat dinlənilib. Hesabatı təqdim edən YAP Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn Paşayev bildirib ki, təşkilat ötən dövr ərzində Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı ilə sıx əməkdaşlıq edib. YAP Həmkarlar İttifaqı Komitəsi iş planına uyğun olaraq müxtəlifxarakterli tədbirlərin həyata keçirilməsini təmin edib, eyni zamanda, işçilərin sosial müdafiəsinin və istirahətinin təmin olunması istiqamətində müvafiq addımlar atıb. Bununla belə, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə nəzərdə tutulan tədbirlərin tam reallaşdırılması mümkün olmayıb.
Yığıncaqda daha sonra Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin Təftiş komissiyasının sədri Mahir Abbasəliyevin hesabatı dinlənilib.
Hər iki hesabatın müzakirəsi zamanı yığıncaq iştirakçılarından Misirxan Vəliyev, Bəhruz Quliyev, Məhəmməd Məhərrəmov və Zəkiyə Musayeva çıxış edərək Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin ötən dövr ərzindəki fəaliyyətinə münasibət bildiriblər.
Müzakirələrin yekunu olaraq Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Yığıncaqda çıxış edən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsinin nümunəvi təşkilatlardan biri olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı bundan sonra da işçilərin əmək və sosial hüquqlarının təmin olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyası Həmkarlar İttifaqı Komitəsi ilə sıx əməkdaşlıq edəcək.
Yığıncaqda daha sonra təşkilati məsələlərə baxılıb. YAP Həmkarlar İttifaqı Komitəsinin 11, Təftiş komissiyasının isə 5 nəfərdən ibarət tərkibi müəyyənləşib.
Partiyanın Mərkəzi Aparatının Maliyyə-təsərrüfat şöbəsi müdirinin müavini Qara Qarakişiyev YAP Həmkarlar İttifaqı Komitəsinin sədri seçilib.
Yığıncaqda, həmçinin YAP Həmkarlar İttifaqının daimi komissiyaları formalaşdırılıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54

