/ / Tofiq Cahangirov: Azərbaycanın əldə etdiyi uğurların əsasında Heydər Əliyevin qurtuluş məfkurəsi dayanır
Tofiq Cahangirov: Azərbaycanın əldə etdiyi uğurların əsasında Heydər Əliyevin qurtuluş məfkurəsi dayanır
15.06.2021 [20:46]
İyunun 15-i tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu, sadəcə təqvim bayramı deyil, olduqca böyük siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Ali Sovetə Sədr seçilməsi ölkəmizin siyasi tarixində yeni və çox mühüm bir mərhələnin başlanğıcı oldu.
Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Tofiq Cahangirov bildirib.
Onun sözlərinə görə, məhz bu hadisədən sonra Azərbaycanda dövlətçiliyi xilas etmək, ölkədə hökm sürən xaos və anarxiyaya son qoymaq, siyasi-iqtisadi böhrandan qurtulmaq mümkün oldu: "Ümummilli Lider Heydər Əliyev uzaqgörən, zəngin idarəetmə və dövlətçilik təcrübəsinə malik bir şəxsiyyət idi. Onun o dövrdə atdığı praqmatik addımlar sayəsində ölkədə baş verən dağıdıcı proseslərin qarşısı alındı. Məhz buna görə də tarixçilər Heydər Əliyevin 1993-cü il iyunun 15-də yenidən hakimiyyətə qayıtmasını Azərbaycanın müasir tarixinin ən vacib siyasi hadisələrindən biri kimi qiymətləndirirlər.
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Gününün Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildiyini və hər il qeyd edildiyini vurğulayan Tofiq Cahangirovun sözlərinə görə, 1993-cü il iyunun 15-dən etibarən Azərbaycan vətəndaş müharibəsindən qurtuldu, ölkədə mövcud olan siyasi qarşıdurma və iqtisadi tənəzzülə son qoyuldu: "Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı. O zaman doğrudan da ölkəmizi parçalamaq, böyük dövlətlərdən asılı vəziyyətə salmaq istəyən qüvvələr var idi. Məhz Heydər Əliyevin siyasi qətiyyəti və polad iradəsi sayəsində həmin qüvvələr öz niyyətlərinə çata bilmədilər. Tezliklə ölkədə hərc-mərclik aradan qaldırıldı, asayiş, əmin-amanlıq bərqərar edildi, nizam-intizam yaradıldı. Ən əsası, Azərbaycanda ordu quruculuğuna başlanıldı və nizami ordu yaradıldı. Eyni zamanda, atəşkəs haqqında saziş imzalandı və Qarabağda müharibə dayandı".
1993-cü ilin iyunundan başlayaraq Azərbaycanda qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyulduğunu, ilk parlament seçkilərinin keçirildiyini, referendum yolu ilə Konstitusiyanın qəbul edildiyini, xarici şirkətlərlə neft müqavilələrinin imzalandığını xatırladan Tofiq Cahangirov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qısamüddət ərzində Azərbaycanın dünya birliyinə inteqrasiyası prosesində ciddi uğurlar əldə edildi: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi oldu. 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə əsasən, xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, tərəqqini və inkişafı təmin etdi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Ulu Öndərin ideyalarını, amallarını, vəsiyyətlərini Öz fəaliyyətində əsas götürən Prezident İlham Əliyev onların böyük əksəriyyətini həyata keçirib. Azərbaycanın işğal altında olan əraziləri azad olunub, beynəlxalq aləmdə mövqelərimiz möhkəmlənib, ölkəmiz iqtisadi cəhətdən güclənərək, yalnız regionda deyil, bütün dünyada özünə layiq yeri tutub. Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında Heydər Əliyevin qurtuluş məfkurəsi dayanır".
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36

