/ / YAP Göygöl rayon təşkilatının Gənclər Birliyi 2 Fevral – Gənclər Günü münasibətilə videokonfrans keçirib
YAP Göygöl rayon təşkilatının Gənclər Birliyi 2 Fevral – Gənclər Günü münasibətilə videokonfrans keçirib
02.02.2021 [17:28]
Yeni Azərbaycan Partiyasının (YAP) Göygöl rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə 2 Fevral – Gənclər Günü ilə bağlı videokonfrans keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Göygöl rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Aygün Həsənova deyib ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti uğurlu nəticələr verməkdədir. Bu siyasət hazırda Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Həsənova bildirib ki, Azərbaycan gəncliyi gözlərini qırpmadan döyüş meydanlarına atılaraq 44 günlük Vətən müharibəsi dövründə düşmənə heç bir zaman unutmayacağı dərs verib. A.Həsənova rayonun gəncləri adından dövlət başçısı İlham Əliyevə təşəkkür edib, bir gənc kimi Azərbaycan Prezidenti ilə qürur duyduğunu qeyd edib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova çıxışında Azərbaycan gənclərinin ümummilli məsələlərdə dövlətimizin yanında olduqlarını bildirib.
K.İbrahimova, həmçinin 2020-ci ilin Azərbaycan xalqı üçün uğurlu il olduğunu qeyd edib: "2020-ci il Azərbaycan tarixində böyük qələbə kimi yazılacaq. Azərbaycan gəncliyini təmsil edən şəhidlərimiz, qazilərimiz, müharibə iştirakçılarımız düşmən üzərində qalibiyyət əldə etməklə xalqımıza böyük qürur yaşatdılar".
Daha sonra çıxış edən Göygöl rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Göygöl rayon Təhsil Şöbəsinin müdiri Elbrus Atayev və Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini Fərid Dünyamalıyev Gənclər Günü münasibətilə gəncləri təbrik edərək, Vətən müharibəsində əldə etdiyimiz qələbədə gənclərimizin rolundan bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50

