/ / Hatəm Qocayev: “Dostluq” yatağının birgə istismarı sayəsində Azərbaycan və Türkmənistan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəklər
Hatəm Qocayev: “Dostluq” yatağının birgə istismarı sayəsində Azərbaycan və Türkmənistan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəklər
02.02.2021 [09:47]
“Cari il yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanmasını müxtəlif baxış bucaqlarından dəyərləndirmək mümkündür. İmzalanan bu sənədlə Xəzərin zəngin karbohidrogen resurslarının işlənməsində yeni bir əməkdaşlıq formatının əsası qoyulub. İmzalanan Memorandum həm iki dost ölkə arasında münasibətlərin yeni mərhələyə yüksəlməsi, həm də regional əməkdaşlığın dərinləşməsi baxımından mühüm önəm daşıyır”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev ifadə edib.
O, bildirib ki, imzalanan sənədə əsasən, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq, Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə fəaliyyətə başlayırlar və bu fəaliyyət hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıracaq.
YAP Naftalan rayon təşkilatının sədri onu da deyib ki, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatları artıq mövcuddur: “Xəzərdə iki ölkə arasındakı sərhəddə yerləşən “Dostluq” yatağı üzrə imzalanan Anlaşma Memorandumunun reallaşdırılması ilə bəhs olunan əməkdaşlıq formatlarının funksionallığının artmasına yeni imkanlar yaranacaq. Azərbaycan və Türkmənistan arasında Memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarlarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işıq” yandırılması kimi də dəyərləndirilə bilər. Beləliklə, “Dostluq” yatağının birgə istismarı sayəsində Azərbaycan və Türkmənistan Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr verəcəklər. Başqa bir mühüm məqama da diqqət çəkmək yerinə düşər. “Dostluq” yatağından hasil olunacaq enerji ehtiyatlarının istehlakçılara Azərbaycan üzərindən məhz zamanında ölkəmizin moderatorluğu ilə yaradılan infrastruktur vasitəsilə çatdırılması gözlənilir ki, bununla da Azərbaycanın tranzit ölkə kimi mövqeyi daha da güclənəcək”.
YAP Naftalan rayon təşkilatının sədri iki dost ölkənin beynəlxalq səviyyədə bir-birini dəstəkləməsinin önəminə də diqqət çəkib. Bu xüsusda fikirlərini ifadə edən Hatəm Qocayev Qocayev deyib: “Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Eyni zamanda, Türkmənistan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini hər zaman yüksək qiymətləndirib. Bütün bu kimi məqamlar strateji önəm daşıyır”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

