Prezident İlham Əliyev - Azərbaycanın uğur rəmzi
24.12.2020 [09:47]
Müstəqil Azərbaycan Respublikası mövcudluğu ərzində ilk dəfə olaraq Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili özünün ərazi bütövlüyü çərçivəsində, Qarabağla birgə qarşılayır. 2020-ci il bütün bəşəriyyət üçün, o cümlədən Azərbaycan üçün pandemiya ilə əlaqədar çox çətin dövr, ağır sınaqlar ili oldu. Lakin 2020-ci il həm də Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağ işğaldan azad edildi. Bu gün Şuşada, Laçında, Ağdamda dalğalanan Azərbaycanın üçrəngli bayrağı zəfər bayrağımızdır. Bu bayraq xalqımızın, millətimizin, Azərbaycanın qürurunu özünə qaytardı. Azərbaycan tarixində özünəməxsus, şanlı səhifə olan bu Zəfər tarixinin isə bir müəllifi var. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevdir.
Azərbaycanın yeni tarixini yazan Prezident İlham Əliyev bütün nailiyyətləri ilə yanaşı, həm də torpaqlarımızın xilaskarı oldu. Prezident İlham Əliyev çox qısa zaman ərzində Azərbaycanın uğur tarixini yazdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarı oldu. Heydər Əliyevin vətənə, xalqa, dövlətə sonsuz məhəbbəti, zəngin siyasi və idarəçilik təcrübəsi, diplomatik məharəti, dövlətçilik təcrübəsi qarşısına qoyduğu məqsədlərin - Azərbaycanın xilası və inkişafı məramının gerçəkləşdirməsində əsas faktor oldu. Bəli, Ulu Öndər Heydər Əliyev Azərbaycanı məhv olmaq, tarix səhnəsindən, dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. O, Azərbaycanı dərin uçurumdan, böhran burulğanından çıxararaq, böyük və sürətli inkişaf yoluna təqdim etdi. O, müasir və müstəqil Azərbaycan dövlətini qurdu. Qurucusu və memarı olduğu Azərbaycan dövlətinin güclü, qüdrətli, inkişaf etmiş ölkəyə çevrilməsinin dayanıqlı sütunlarını yaratdı.
Lakin bütün bunlarla bərabər, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında Azərbaycanın müstəqilliyini əbədi edəcək, ona ağır miras kimi qalmış Qarabağ probleminin, ərazi bütövlüyü məsələsinin həllinə nail ola biləcək Liderin yetişdirilməsi daha vacib məqam, tarixi vəzifə və borc idi. Ümummilli Lider Heydər Əliyev digər məsələlərdə olduğu kimi məhz bu məqamı da tarixi şans kimi dəyərləndirdi və tarixi addımını atdı. Ulu Öndər Azərbaycan dövləti və Azərbaycan xalqı naminə başladığı siyasi kursun layiqli davamçısı kimi cənab İlham Əliyevi təqdim etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və xalqını məhv olmaqdan xilas etməklə yanaşı, həm də Azərbaycanın gələcək xilaskarını - itirilmiş torpaqların xilaskarını, ərazi bütövlüyünü bərpa edəcək Böyük Sərkərdəni xalqa təqdim etdi. Məhz bu amil - cənab İlham Əliyevin siyasi varis kimi təqdim edilməsi Ulu Öndər Heydər Əliyevin tarix qarşısında bəlkə də ən böyük, müqayisəolunmaz xidmətlərindən biri, bəlkə də birincisi oldu.
Azərbaycanın gələcəyinə həmişə nikbin baxan Ulu Öndər tarixi missiyasının oğlu İlham Əliyev tərəfindən inamla və uğurla davam etdiriləcəyinə inanırdı. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində “İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyiniz ilə İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikirləri əslində Azərbaycanın gələcək inkişaf yolunu, xalqın və dövlətin xoşbəxt gələcəyini müəyyənləşdirirdi. Tarix sübut etdi ki, xalqımızın böyük oğlu, dünya siyasətinin zərgər ustadlarından hesab olunan Heydər Əliyev bu seçimində də yanılmayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çox sürətli və dinamik inkişaf yolu keçdi. 2020-ci ildə Azərbaycan artıq iqtisadi cəhətdən inkişaf etmiş, güclü sənaye və iqtisadi resurslara malik, Avropanın, eləcə də dünyanın enerji və nəqliyyat xəritəsini dəyişmiş, dünya enerji bazarında söz sahibinə çevrilmiş, beynəlxalq siyasi arenada öz sözü və öz imzası olan, dünya ölkələrinin hesablaşmalı olduğu bir ölkəyə çevrilmişdir. Azərbaycan arxasında güclü iqtisadiyyat və güclü ordu olan söz sahibinə çevrilmişdir. Azərbaycan artıq öz haqqını və hüququnu, milli maraqlarının və mənafeyinin təmin edilməsini acizanə xahiş etmirdi, o bunu artıq tələb və diktə edirdi. Prezident İlham Əliyev Azərbaycanın haqqının və dövlətçilik maraqlarının təmin edilməsi istiqamətində qəti və inamlı addımlar atmağa başladı.
Həyata keçirilən bütün bu tarixi, misilsiz işlərlə yanaşı, Prezident İlham Əliyevin qarşısında müqəddəs vəzifə - Ata vəsiyyətinin - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi məsələsi dururdu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün işlərin, siyasətin, atılan hər addımın son qayəsi torpaqlarımızın işğaldan azad edilməsi idi.
Məşhur “Hökmdar” əsərində liderin belə bir təsviri var: “Hökmdar doğru tarixi şəraitdə, doğru zamanda, strateji və taktiki reallıqları hesablayaraq qərar vermək qətiyyəti göstərən tarixi simadır”. Bəli, bütün bu xüsusiyyətləri özündə cəm edən Prezident İlham Əliyev tam zamanında tarixi qərarını verdi.
Azərbaycan 2020-ci il sentyabrın 27-də aramsız erməni təxribatlarına son qoymaq və düşməni sülhə məcbur etmək üçün şərti adı “Dəmir yumruq” olan hərbi əməliyyatlara başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın böyük zəfəri ilə başa çatdı. Bu, Ali Baş Komandan İlham Əliyevin qələbəsi, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun təntənəsi idi. Bu qələbə xalqımızın, ordumuzun, milli birliyimizin, haqqın və ədələtin zəfəri idi.
Şuşanın azad edilməsi münasibətilə xalqa müraciət edən Prezident İlham Əliyev bəyan etdi: “Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim”. Bəli, Prezident İlham Əliyev Ata vəsiyyətini, Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi. Bu gün tək Qarabağ yox, işğal altında olan bütün torpaqlarımız geri qaytarıldı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Bu, tarixi ədalətin bərpası, xalqımızın böyük qələbəsi idi. Bu qələbənin isə bir şəriksiz müəllifi var - Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev.
Bu müharibə və onun uğurlu nəticəsi Azərbaycan tarixində qızıl səhifədir. Qızıl səhifədir, ona görə ki, vaxtilə Azərbaycan xəritəsi Şərqin ən böyük coğrafiyalarından birinə malik idi. Təəssüflər olsun ki, tarixboyu itirə-itirə gəlmişik. İtirdiklərimizin geri qaytarılması isə, son yüz illərin yeni səhifəsidir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bu səhifəni isə xalqımızın Qəhrəman Oğlu, Ali Baş Komandan, Prezident İlham Əliyev yazdı. Qarabağ müharibəsinin qalibi İlham Əliyev bu möhtəşəm zəfəri ilə həm də yenilməz sərkərdə kimi Özünün adını tarixə yazdırdı.
Tarixi hər zaman misilsiz və müqayisəsiz üstün fərqli keyfiyyətləri özündə cəm edən tarixi şəxsiyyətlər və sərkərdələr yazıb. Bu gün Azərbaycan xalqının şanlı tarixini də Ali Baş Komandan İlham Əliyev yazdı.
Bu müharibəni Azərbaycan qazandı. Çünki bu onun haqq işi idi. Bu müharibəni xalqımız qazandı. Çünki onun Ulu Öndər Heydər Əliyevin oğlu İlham Əliyev kimi yenilməz Lideri vardır.
“Qarabağ Azərbaycandır!” deyən Prezident İlham Əliyev onu tariximizin gerçəkliyi etdi.
Bəli, bu gün Qarabağ Azərbaycandır! Qarabağ Azərbaycanındır! Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Bu böyük həqiqətin altında isə bir imza var - Ali Baş Komandan, Prezident İlham Əliyev.
Bu gün bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türk dünyası Sizinlə qürur duyur, cənab Prezident İlham Əliyev!
Hüseyn Paşayev,
YAP Siyasi Şurasının üzvü,
YAP Mətbuat Xidmətinin rəhbəri
Xəbər lenti
Hamısına baxElm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

