/ / Mehriban Abasquliyeva: Vətən müharibəsində Azərbaycanın qələbəsi xalqımızın böyük zəfəri kimi tariximizə qızıl hərflərlə yazıldı
Mehriban Abasquliyeva: Vətən müharibəsində Azərbaycanın qələbəsi xalqımızın böyük zəfəri kimi tariximizə qızıl hərflərlə yazıldı
22.12.2020 [09:47]
“Vətən müharibəsində Azərbaycanın qələbəsi xalqımızın böyük zəfəri kimi tariximizə qızıl hərflərlə yazıldı. 8 noyabrın hər il Zəfər Günü kimi qeyd edilməsi isə bu möhtəşəm tarixi əbədiləşdirir”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva deyib.
Mehriban Abasquliyeva bildirib ki, dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı da qələbəmizin təntənəsini özündə əks etdirirdi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər paradındakı çıxışı Vətən müharibəsi dövrünün, rəşadətli Ordumuzun gücünün dərin təhlili kimi xarakterizə olunur. Rayon təşkilatının sədrinin sözlərinə görə, Zəfər paradı bütün dünyaya Azərbaycan-Türkiyə dostluğunun sarsılmaz və əbədi olduğunu bir daha sübut etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında iştirakı tarixi hadisədir.
M.Abasquliyeva qeyd edib ki, Azadlıq meydanında keçirilən Zəfər paradı həm də Ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha gözlər önünə sərdi. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malik olduğunu bir daha sübut etdi. Müzəffər Ordumuz Azadlıq meydanında qürurla addımladı. Azərbaycan əsgəri böyük ruh yüksəkliyi ilə bu paradda keçid etdi.
“Bu gün bütün dünya Azərbaycanın gücünü gördü. Tarixi Qələbəmizin zirvə nöqtəsini - Zəfər paradını reallaşdırmaqla biz həm də yeni dövrə qədəm qoyduğumuzu bir daha sübut etdik. Azərbaycan son dövrlərdə neçə-neçə regional təşkilatların yaradıcısı olub, böyük tədbirlərə ev sahibliyi edib. Artıq çoxdan sübut olunub ki, ölkəmiz Cənubi Qafqazın lideridir və Azərbaycan olmadan bu regionda heç bir inkişafdan söhbət gedə bilməz. Qələbə sevincini, bu tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandana böyük minnətdarlıq hissimizi çatdırır, Vətən müharibəsi şəhidlərinin ruhu qarşısında baş əyir, qazilərimizə cansağlığı arzu edirik”, - deyə M.Abasquliyeva söyləyib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

