İlqar İlyasov: Azərbaycanın hər bir guşəsində sözün həqiqi mənasında qələbə ruhu duyulur
10.12.2020 [09:14]
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun qazandığı qələbə nəticəsində 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın 44 gün müddətində düşmən tapdağından azad olunması, sonrakı 20 gün ərzində isə daha 3 rayonun təhvil verilməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu tarixi hadisəyə görə Azərbaycan xalqı, o cümlədən Laçın sakinləri hamılıqla Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə edirlər”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının sədri İlqar İlyasov deyib.
İ.İlyasov bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun qüdrəti düşməni təslimçilik aktını imzalamasına, Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz boşaldılmasına məcbur edib: “Bu gün 28 illik işğaldan sonra torpaqları azad edilən soydaşlarımız, o cümlədən laçınlılar sevinc və qürur hissi duyurlar. Öz ata-baba yurdlarının düşmən tapdağından azad edilməsi xəbərindən sonra ölkəmizin 58 şəhər və rayonunda müvəqqəti məskunlaşan laçınlı soydaşlarımız “mən artıq köçkün deyiləm” - deyə qürurlanırlar. Eyni zamanda, insanlar arasında yüksək əhval-ruhiyyə var, hər bir vətəndaşımız sevinclə öz evini, küçəsini, kəndini, qəsəbəsini, şəhərini bayraqlarla bəzəyir. Azərbaycanın hər bir guşəsində sözün həqiqi mənasında qələbə ruhu duyulur. Bu sevinci bizə bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna laçınlıların minnətdarlığı sonsuzdur. Artıq digər rayonlardan olan məcburi köçkünlər kimi laçınlılar da Azərbaycan Prezidentinin rəhbərliyi ilə öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyir və qurub-yaratmaq eşqi ilə yaşayırlar”.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
Dünya
02 İyul 14:22
Sosial
02 İyul 13:58
Sosial
02 İyul 13:56
Dünya
02 İyul 13:31
Elm
02 İyul 13:22
Dünya
02 İyul 13:04
Gündəm
02 İyul 12:57
YAP xəbərləri
02 İyul 12:54
İqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17

