/ / Rahim Muradov: Ölkəmizin vətənpərvər gəncləri Vətənə xidmət etməyi ən şərəfli vəzifə hesab edirlər
Rahim Muradov: Ölkəmizin vətənpərvər gəncləri Vətənə xidmət etməyi ən şərəfli vəzifə hesab edirlər
09.09.2020 [08:56]
“Azərbaycanda gənclərə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Məhz bu münasibətin nəticəsində Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla özünü sübut edən ölkəmizin vətənpərvər gəncləri Vətənə xidmət etməyi də ən şərəfli vəzifə hesab edirlər”.
Bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatı Gənclər Birliyinin üzvü Rahim Muradov deyib.
R.Muradovun sözlərinə görə, gənclik cəmiyyətin aparıcı, eyni zamanda, daim axtarışda olan qüvvəsidir: “Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim yenilik axtarışında olan, ideyalarla zəngin bir qüvvədir. Hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil hazırlamaqdır”.
R.Muradov deyib ki, Prezident İlham Əliyev bu meyarları nəzərə alaraq Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə geniş meydan verilməsinin tərəfdarı olub və ölkəmizdə gənclər üçün hər bir şərait yaradılıb: “Bu gün Azərbaycanda gənclər siyasəti dövlətin böyük önəm verdiyi prioritet sahələrdəndir. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər”.
Onun sözlərinə görə, Azərbaycan gəncləri dövlət başçısı İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər: “Ümummilli Lider Heydər Əliyevin ideyalarına sədaqətlilik göstərən gənclərimiz Prezidentimizin ətrafında sıx birləşiblər. Öz növbəsində dövlət başçısı əmindir ki, Azərbaycan gəncləri Ümummilli Liderin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini bundan sonra da daha dərindən mənimsəyəcək, Ulu Öndərin dövlətçilik ənənələrinin qorunub saxlanılması ilə bağlı üzərlərinə düşən məsuliyyəti daim hiss edəcəklər”.
“Sağlam gənclik - sağlam nəsil deməkdir. Prezident İlham Əliyev sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir”, - deyə R.Muradov söyləyib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03

