Deputatlığa namizəd Tahir Rzayevin Ağcabədidə seçicilərlə görüşləri davam edir
07.02.2020 [09:50]
Yeni Azərbaycan Partiyasının (YAP) 82 saylı Ağcabədi seçki dairəsi üzrə deputatlığa namizədi Rzayev Tahir Musa oğlunun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam edir. YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsindən verilən məlumata görə, ümumilikdə 82 saylı Ağcabədi seçki dairəsi üzrə 9 nəfərin namizədliyi qeydə alınıb. “Onlardan 3-nün namizədliyi müxtəlif partiyalar tərəfindən, 6-nın isə özü tərəfindən irəli sürülüb. Bu namizədlər içərisində seçicilərlə ən çox görüş keçirən isə partiyamızın namizədi Tahir Rzayev olub. Belə ki, bu günə kimi heç bir görüş keçirməyən, yaxud digər rəqibləri haqqında xoşagəlməz məlumatlar yayan bəzi namizədlərdən fərqli olaraq Tahir Rzayev nəzərdə tutulmuş açıq və qapalı yerlərdə seçicilərlə 40-dan artıq görüş keçirib, ümumilikdə 3000 nəfərdən artıq seçici ilə görüşüb”, - deyə məlumatda əlavə edilib.
Tahir Rzayevin kampaniya çərçivəsində növbəti görüşü isə Ağcabədi şəhər Mədəniyyət mərkəzində keçirilib. Görüşü giriş sözü ilə açan YAP Mərkəzi Seçki Qərargahının Ağcabədi rayon şöbəsinin üzvü Nazim Bünyatov ölkəmizin növbəti mühüm siyasi proses ərəfəsində olduğunu bildirib.
Sonra çıxış edən deputatlığa namizədin vəkili Ədalət Hüseynov Tahir Rzayevin tərcümeyi-halı və əmək fəaliyyəti barədə seçicilərə məlumat verib.
Görüşdə çıxış edən deputatlığa namizəd Tahir Rzayev öncə seçiciləri salamlayaraq, onunla görüşə gəldikləri üçün minnətdarlıq edib. Sonra Yeni Azərbaycan Partiyasının seçki proqramı ilə seçiciləri tanış edən namizəd növbəti 5 il üçün fəaliyyət proqramını açıqlayıb. O qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən siyasət nəticəsində ölkəmiz, o cümlədən regionlarımız inkişaf edib. Bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarının uğurla icra edilməsi nəticəsində Ağcabədidə də mühüm işlər görülüb.
Tahir Rzayev çıxışında, həmçinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatların və yürüdülən uğurlu siyasətin xalqın sosial rifahının daha da yüksəldilməsinə xidmət etdiyini vurğulayıb.
Görüşdə çıxış edən seçicilərdən Eldəniz Qənbərov, Nüşabə İbrahimova, Saragül Həsənova, Şirxan Hüseynov, İlqar Hüseynov və başqaları ağcabədili seçicilərin bu seçkilərdə də YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49

