Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ceyhun Məmmədov Saatlı və Sabirabad rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb

Ceyhun Məmmədov Saatlı və Sabirabad rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb

05.02.2020 [09:48]

Yeni Azərbaycan Partiyasının (YAP) 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatlığa namizədi Ceyhun Məmmədov Saatlı və Sabirabad rayonlarında məskunlaşan Cəbrayıldan olan məcburi köçkünlərlə görüşüb. Deputatlığa namizəd əvvəlcə Cəbrayıldan olan məcburi köçkünlərin evində olub, onlarla həyətlərdə söhbətlər edib, seçki platforması haqqında məlumat verib. Ceyhun Məmmədov, eyni zamanda, Qarabağ müharibəsində şəhid olan Rüstəmov Mədəd Mürşüd oğlunun ailəsini ziyarət edib.
Tədbirlərdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli tarixi yoldan bəhs edib, YAP-ın ölkənin ictimai-siyasi həyatında oynadığı roldan danışıb. Bildirilib ki, YAP 2020-ci il parlament seçkilərinə “Daha güclü Azərbaycan naminə!” şüarı ilə qatılır və partiyanın irəli sürdüyü namizədlər ən layiqli namizədlərdir.
Çıxış edən deputatlığa namizəd Ceyhun Məmmədov ölkəmizdə aparılan islahatlar və görülmüş işlərin əhəmiyyəti haqqında seçicilərə məlumat verib. O, YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafındakı mühüm xidmətlərini vurğulayaraq bildirib ki, YAP Sədri cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən siyasi kurs nəticəsində dövlətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub.
Tədbirdə çıxış edən deputatlığa namizəd C.Məmmədovun vəkilləri onun haqqında geniş məlumat verərək, fəaliyyətini yüksək qiymətləndiriblər. Onlar seçiciləri fevralın 9-da fəal olmağa, layiqli namizədə səs verməyə çağırıblar. Görüşün sonunda seçiciləri maraqlandıran suallar deputatlığa namizəd Ceyhun Məmmədov tərəfindən cavablandırılıb.

Paylaş:
Baxılıb: 415 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Gündəm

Xarici siyasət

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30