Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Daşkəsənlilər birmənalı şəkildə YAP-ın namizədinə səs verəcəklər

Daşkəsənlilər birmənalı şəkildə YAP-ın namizədinə səs verəcəklər

31.01.2020 [09:56]

9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədi Elşad Mirbəşiroğlunun Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbə, Əhmədli, Mollahəsənli, Dəstəfur və Zəylik kəndlərindən olan seçicilərlə görüşü keçirilib. YAP Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsinin sədri Meydanəli Yolçuyev və partiya fəallarının da iştirak etdikləri görüşdə çıxış edən təşviqat qrupunun üzvləri Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlar, dövlət proqramlarının uğurlu nəticələri haqqında ətraflı məlumat veriblər. Görüşdə həmçinin YAP-ın namizədi Elşad Mirbəşiroğlunun fəaliyyəti haqqında da seçicilər məlumatlandırılıblar.
Görüşdə iştirak edən seçicilər 9 fevral tarixində keçiriləcək Milli Məclisə seçkilərdə birmənalı şəkildə Elşad Mirbəşiroğluna səs verəcəklərini bildiriblər.

Paylaş:
Baxılıb: 546 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31