YAP Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib
29.11.2019 [09:43]
Noyabrın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatında gənclərlə görüş keçirilib. Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə bir çox məsələlərə diqqət çəkdiyini bildirib.
O qeyd edib ki, dövlət başçısının nitqi gənclər üçün proqram xarakterli idi: “Prezident İlham Əliyev vurğuladı ki, gənclər Azərbaycan tarixini yaxşı bilməlidirlər. Bugünkü inkişafımızın, dövlətçiliyimizin memarının Ümummilli Lider olduğunu unutmamalıdırlar”.
Deputat bildirib ki, Azərbaycan Prezidenti dövlət müstəqilliyimizin əbədi və toxunulmaz olduğunu gənclərin diqqətinə çatdırıb. “Xaricdəki anti-azərbaycançı qruplardan maliyyələşən şəxslər indi gənclərin beynini zəhərləməyə çalışırlar. Biz xalq olaraq həmişə mənəvi və əxlaqi məsələlərə böyük önəm vermişik. Bizim öz əxlaqi, mənəvi, əsrlərlə formalaşmış dəyər kodekslərimiz var. Azərbaycan dövləti öz dəyərləri üzərində inkişaf yolunu əsas prinsip kimi götürüb. Bu yolda da inamla irəliləyir”, - deyə Ş.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, Prezident bildirib ki, “dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın”.
Ş.Hacıyev belə halların ayrı-ayrı dövlətlərin öz maraqlarından qaynaqlandığını bildirib.
Daha sonra çıxış edən gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdən danışıblar. Onlar qeyd ediblər ki, Azərbaycanda dövlət tərəfindən gənclərə xüsusi diqqət və qayğı göstərilir.
Sonda Səbail rayon gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30

