Yeni Azərbaycan Partiyası Hacıqabul rayonunda qələbə qazanacaq
08.12.2009 [09:59]
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə əlaqədar apardığı təbliğat kampaniyasını Hacıqabul rayonunda davam etdirib. Rayonun Talış kəndində keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov Prezident İlham Əliyevin həyata keçirdiyi, ölkənin inkişafına xidmət edən siyasət sayəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, bu inkişafdan Haıcıqabul rayonuna da böyük pay düşüb: “ölkə başçısının Hacıqabul rayonuna səfəri zamanı açılışı olan tibb müəssisələri, o cümlədən, zavodlar rayonumuzun inkişafında əsaslı rola malikdir. Yeni strukturların yaradılması, kommunikasiya xidmətlərinin daha da gücləndirilməsi istiqamətində aparılan işlər Hacıqabul rayonunda son illərdə əsl canlanma yaradıb. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsilin inkişafı siyasətində müasirləşmə və yeni texnologiyalardan istifadə baxımından olduqca böyük müsbət dəyişiklik hiss edilir. Yeni məktəblərin tikilməsi, bu məktəblərin yeni təchizatlarla təmin olunması təhsildə köklü dəyişikliyə yol açıb. Son dövrlərdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın dəstəyi ilə neçə-neçə yeni məktəb binası tikilib, bərpa olunub. Mən bu siyasətin davam etməsi üçün dekabrın 23-də bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıram. çünki Yeni Azərbaycan Partiyası hər zaman dövlətçiliyin inkişafında cənab Prezidentimizə dəstək olub. Mən inanıram ki, bütün Hacıqabul seçiciləri ölkəmizin inkişafını hər şeydən üstün tutaraq bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Gülhüseyn Əhmədov son illərdə istər kənd təsərrüfatının, istərsə də sənayenin inkişafındakı yüksəlişdən danışıb. Natiq qəbul olunmuş “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının icrası dövründə rayonlarda bütün sahələrin inkişafı ilə bağlı işlərin görüldüyünü önə çəkib: “Mən inanıram ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində xalqımız ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Millət vəkili, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Fərhad Qəribov da ölkəmizin son illər ərzində istər siyasi, istərsə də iqtisadi cəhətdən son illərdə əldə etdiyi uğurlardan bəhs edib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini bildirən millət vəkili qəbul olunan Dövlət Proqramlarının insanların həyatında müsbətə doğru böyük irəliləyişə səbəb olduğunu deyib: “İnanıram ki, dekabrın 23-də Hacıqabul camaatı hər zaman ölkəmizin inkişafında cənab Prezidentimizin siyasətini dəstəkləyən, nəinki Azərbaycanın, o cümlədən, Qafqaz regionunun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. çünki Yeni Azərbaycan Partiyası hər zaman xalqının dəstəyini qazanıb, ölkəmizin inkişafında əsaslı rol oynayıb. Bu işlərin davam etdirilməsi üçün, bələdiyyə sisteminin daha da təkmilləşdirilməsi və xalqına xidmət etməsi üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermək, onları dəstəkləmək lazımdır”.
Millət vəkili Rüstəm Xəlilov bütün sahələrin paralel inkişaf etdirilməsi sayəsində ölkəmizin bu cür böyük nailiyyətlər əldə etdiyini söyləyib: “Bu gün Azərbaycanda səhiyyə, təhsil istiqamətlərində aparılan əsaslı işlər bu sahələrin demək olar ki, Avropa standartlarına uyğunlaşdırılmasınqa şərait yaradıb. Regionlarına inkişafına xüsusilə diqqət göstərilir. Bu siyasətin başlanğıcı isə hələ 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. 1995-ci ildə qəbul olunan Konstitusiyamızda yerli özünüidarə sistemi olan bələdiyyələrin yaradılması üçün qanuni bazanın təməli qoyuldu. ümummilli lider Heydər Əliyev hər zaman demokratik təsisatların Azərbaycanda inkişafı üçün şərait yaradıb. Bu gün bələdiyyələrin xalqın problemlərinin həllindəki rolu birbaşa Ulu öndərimizin Azərbaycan xalqı qarşısındakı xidmətidir. Mən əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər”.
Daha sonra tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

