Yeni Azərbaycan Partiyası Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib
11.04.2019 [09:13]
Aprelin 10-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin konfransı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan əvvəl Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Milli Məclisin deputatları Hadi Rəcəbli və Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan Respublikasının Prezidenti, gənclərin hamisi və dostu İlham Əliyevin Lənkərana və lənkəranlılara sonsuz diqqət və qayğı göstərdiyini bildirib. T.Qaraşov dövlətimizin başçısının Lənkərana tarixi səfərlərinin, o cümlədən 2017-ci ilin sentyabr və ötən ilin oktyabr aylarında şəhərə gəlişinin hər bir sakinə böyük qürur hissi bəxş etdiyini deyib. Lənkəran şəhərinin tərəqqisində gənclərin geniş iştirakına xüsusi önəm verildiyini vurğulayan rayon İcra Hakimiyyətinin başçısı gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb.
YAP Lənkəran şəhər təşkilatı Gənclər Birliyinin sədri Uğur Qurbanzadə hesabat məruzəsi ilə çıxış edib.
Toplantıda çıxış edən Milli Məclisin deputatları Hadi Rəcəbli, Cavanşir Paşazadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Çıxışlarda, həmçinin Lənkəran gənclərinin də ölkəmizin ictimai həyatında fəal iştirakından danışılıb, bu baxımdan Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndirilib.
Konfransda təşkilati məsələlərə də baxılıb. YAP Lənkəran şəhər təşkilatının məsləhətçisi Teymur Babazadə təşkilatın Gənclər Birliyinin sədri seçilib. Toplantıda, həmçinin şuranın 15 nəfərdən ibarət tərkibi, eləcə də 9 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi təsdiqlənib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

