Yeni Azərbaycan Partiyası ölkəmizdə təhsilin inkişafına öz töhfəsini verir
17.11.2009 [09:52]
2008-ci il aprelin 30-da “Gülüstan” sarayında ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü münasibətilə Təhsil Nazirliyi, Yeni Azərbaycan Partiyası və Həmkarlar İttifaqları Konfederasiyasının məktəblilər arasında keçirdikləri “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” inşa müsabiqəsinin qaliblərinə mükafatların təqdimetmə mərasimi keçirildi. Artıq ikinci dəfə təşkil olunun müsabiqənin məktəb, rayon, şəhər mərhələsində ölkəmizin ümumtəhsil, texniki peşə məktəbləri və liseylərinin 7-11-ci siniflərinin 800 mindən artıq şagirdi iştirak etdi. Birinci mərhələdə qalib olan inşa yazıları rayon, şəhər turuna keçərək burada seçildi və respublika mərhələsinə vəsiqə aldı. Bakıdakı Heydər Əliyev adına liseydə baş tutan yekun mərhələdə 126 şagird iştirak etdi. Yekun mərhələ iştirakçılarının inşa yazıları “Heydər Əliyev məktəblilərin gözü ilə” adı altında kitab şəklində nəşr edildi. Elə həmin vaxt Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi müsabiqə qaliblərinin gələcəkdə qəbul olunub təhsil aldıqları ali məktəblərdə onlara fəxri təqaüdlərin verilməsi barədə qərar qəbul etdi. Artıq bu qərarın icrasına başlanıb. ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş həmin respublika inşa müsabiqəsinin qaliblərindən olan Talehə Abdullayeva və Ayaz İlyasov bu sınaqda qazandıqları uğurun bəhrəsini qarşıdakı 4 il ərzində görəcəklər. İlk təqaüdü isə artıq xərcləyiblər də...
Talehə Adullayeva 1992-ci ildə Bakı şəhərində anadan olub. 46 saylı orta məktəbdə oxuyub. Təhsil aldığı müddətdə müxtəlif fənn olimpiadalarına qatılıb. Müəllimi Gülmirə Məmmədova texniki fənlərə daha çox meyil göstərən Talehənin inşa yazı bacarığını da kəşf edib. Müsabiqələrdə iştirakını da məhz G.Məmmədova təmin edib: “Müsabiqələr haqqında mənə məktəbdə məlumat verilirdi. Müəllimim və məktəb direktoru müsabiqə keçirildiyini və onların şərtlərini deyirdi, mən də qatılırdım. Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqələrdən əvvəl də bir neçə dəfə inşa yazı müsabiqələrində iştirak etmişdim. Dahi liderimizə həsr olunan müsabiqələrdə isə iki dəfə - Heydər Əliyevin anadan olmasının həm 84, həm də 85 illiyinə həsr olunan müsabiqələrdə iştirak etmişəm. Birinci il saat, qələm və sair hədiyyələr qazanmışdım. İkinci il isə əsas yerlərdən birini tutdum”.
Talehənin “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir” mövzusu üzrə yazdığı inşa III yerə layiq görülüb: “Məktəb üzrə seçiləndən sonra müsabiqənin ikinci mərhələsi oldu. 23 saylı orta məktəbdə Ulu öndərlə bağlı sərbəst fikirlərimi yazdım. Bu mərhələdən də uğurla keçdim. Nəhayət, Heydər Əliyev adına liseydə sonuncu tur oldu. Bir müddət sonra məktəb direktoru və müəlliməm mənə “Gülüstan” sarayındakı tədbir barədə məlumat verdi”.
“Gülüstan” sarayında Talehə nəinki müsabiqənin qalibi olduğunu, həm də tələbə olarsa, YAP-ın təqaüdçüsü olacağını öyrənib: “Aprelin 30-da tədbir oldu. Tədbirdə həvəslə iştirak etdim. Qaliblərdən biri olduğumu elə orada öyrəndim. Adım üçüncülər sırasında çəkildi. Hədiyyə və diplomlar aldım. üçüncü yeri tutanlara diplom və fotoaparat verdilər. YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra çoxlarımız üçün sevindirici olan bu xəbəri elan etdi. O, müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun ənənəyə çevriləcəyini, hər il təşkil ediləcəyini də bildirdi”.
Qiymətli hədiyyələrlə yanaşı, belə bir sevindirici xəbəri eşitmək bir orta məktəb şagirdi üçün ikiqat sevinc idi. Əsas hədiyyəni - təqaüdü almaq üçün tələbə olmaq, qarşıya qoyulan şərti ödəmək lazımidi: “Təqaüd alacağımı biləndə sevindim. Hər ay zəhmətimin, biliyimin bəhrəsini görəcəyini düşünmək məni sevindirirdi. Bunu dərk edən hansı abituriyent tələbə olmağa çalışmaz? Mən də daha çox çalışdım. Başqa bir tərəfdən, alacağım təqaüdə də layiq olmalıydım. İnşa müsabiqəsinin qalibi olmaqla iş bitmirdi. Fəxri təqaüdün sahibi olmağa namizəd idim və bu imkandan istifadə etməli, mənə verilən şansdan yararlanmalı, həm də bu şərəfə layiq olduğumu sübut etməli idim. Doğrusu, bunun əksi heç ağlıma da gəlmirdi. Əmin idim ki, ali məktəbə daxil olacam”.
Bu çalışqanlıq, məsuliyyət nəticə verib. O, Ulu öndərə sevgisini də sübut edib, fəxri təqaüdə layiq olduğunu da: “Biz ümummilli liderimizi hansısa uğur qarşılığında sevmirik. Ulu öndər bizə azad, müstəqil ölkənin vətəndaşı olmaq imkanı yaradıb. Biz Ulu öndəri buna görə sevirik. Onunla bağlı nə düşünürəmsə, inşamda onları yazdım və qalib oldum. Eyni zamanda, fəxri təqaüdün sahibi olmağa çalışdım və aldım. Yəqin ki, hər iki mübarizədə daha yüksək nəticə əldə edə bilərdim. İnşa müsabiqəsində birincilərdən, tələbə adı qazanmaq uğrunda mübarizədə isə ən yüksək nəticə göstərənlərdən olmağa bacarığım çatardı. Ancaq həyəcanlanmağım mənə mane oldu”.
Artıq Talehə Əmək və Sosial Münasibətlər Akademiyasının birinci kurs tələbəsidir. ödənişli təhsil aldığından YAP-ın təqaüdü onun ilk və yeganə qazancıdır: “Akademiyada elan ediblər ki, birinci semestri uğurla başa vuran tələbələr təqaüd alacaq. Dərslərim yaxşı gedir. Hər halda bu semestri uğurla başa vurmaq istəyirəm. Bəlkə ikinci semestrdə ali məktəbdən də təqaüd alacam. Ancaq hələlik, aldığım YAP-ın təsis etdiyi təqaüddür”.
Təqaüd aldığı gün çox sevinib. Dediyinə görə, “Gülüstan” sarayında elan edilən qərar bu qədər həyəcanlı olmayıb. Həyəcanla gözlədiyi pulu artıq alıb da, xərcləyib də: “Hamısını özüm üçün xərclədim. Dərs ləvazimatlarım üçün də anamdan pul istəmədim. Ehtiyacım olanları öz pulumla aldım. Həmin puldan özümə yolpulu da ayırmışam”.
Onu da qeyd edək ki, Talehə Əmək və Sosial Müdafiə Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alır. YAP-ın gənclər və qadınlarla bağlı siyasətindən həvəslənib gələcəkdə bələdiyyəyə namizədliyini də vermək niyyətindədir: “Bələdiyyə seçkilərində iştirak edəcəyəm. Gələcəkdə isə bələdiyyə sədri olmaq istəyirəm”.
Ona verilən 3 saat ərzində ümummilli liderlə bağlı öyrəndiklərini və düşündüklərini öz fikirləri ilə ifadə etməyə çalışıb: “Müsabiqə başlayanda qəbul imtahanlarına hazırlaşırdım. Vaxt daraldığından hazırlığımı intensivləşdirmişdim. Bu səbəbdən, inşa müsabiqəsi ilə bağlı əlavə məlumatlar əldə etmək və oxumaq mümkün olmadı. Buna baxmayaraq, qaliblərdən biri oldum. Daha yüksək nəticə əldə edə biləcəyimi düşünsəm də, fikirləşirəm ki, elə bu yer də mənim üçün nəinki böyük qələbədir, həm də böyük şərəfdir”.
Beləliklə, Ayaz “Gülüstan” sarayında tədbir olacağını öyrənib: “Bu sarayda tədbirdə iştirak etmək mənə maraqlı, ağlagəlməz təsir bağışlayırdı. “Gülüstan” sarayını ilk dəfə görürdüm. Elə bir ali yerdə, ali tədbirdə iştirak etdim. Sarayın təsirindən çıxandan sonra vəziyyət dəyişdi. 40 həvəsləndirici yerin sahiblərinin adlarını həyəcanla izlədim. Bu 40 ad başa çatana qədər həyəcandan ürəyim üzüldü. Nəhayət, III yeri tutanlarla birgə mənim də adım səsləndi”.
Ayaz da YAP rəhbərliyinin qərarını millət vəkili Əli Əhmədovdan öyrənib: “Tədbirdə YAP Sədrinin müavini, İcra katibi Əli Əhmədov dedi ki, müsabiqənin qalibləri həm də fəxri təqaüd alacaqlar. Bundan sonra tələbə adı qazanmaq üçün daha çox çalışmağa başladım. Sonradan buraxılış və qəbul imtahanlarının həyəcanı təqaüdü unutdurdu. Odur ki, təqaüd barədə yalnız ötən ay düşünməyə başladım”.
Yeri gəlmişkən, Ayaz buraxılış imtahanlarını da, qəbul imtahanları kimi uğurla başa vurub. Buraxılış imtahanları ilk dəfə mərkəzləşmiş qaydada keçirildiyindən onda vahimə yaradırmış: “Hamı öz ixtisası üzrə hazırlaşır. Digər fənlər, xüsusən, yuxarı siniflərdə arxa plana keçir. Bu səbəbdən, buraxılış imtahanları məndə vahimə yaradırdı. İmtahan sualları ilə tanış olmağa başlayandan sonra gördüm ki, düşündüyüm qədər də vahiməli deyilmiş. Ancaq qəbul imtahanları bir az qəliz idi. Ya da həyəcanlı olduğumdan mənə elə gəldi. Buna baxmayaraq, 546 bal toplaya bildim. Düzü, hamı bu nəticədən təəccübləndi. Müəllimlərim, valideynlərim daha yüksək nəticə gözləyirdilər”.
Lakin bu “gözlənilməz nəticə” də Ayaza arzuladığı ixtisasa yiyələnməyə imkan verib. Artıq Ayaz Bakı Dövlət Universitetində təhsil alır. Gələcəkdə diplomat olacaq. Beynəlxalq münasibətlər ixtisası üzrə ödənişli təhsil aldığından YAP-ın fəxri təqaüdü onun da yeganə tələbə qazancı olacaq.
Tələbəlikdən sonrakı həyatını, təbii ki, diplomat kimi təsəvvür edir. Olmaq, yaşamaq və işləmək istədiyi ölkələrlə bağlı hərdən özü üçün xəyallar da qurur. Deyir ki, Avropa ölkələrində işləmək istəyir: “Xüsusən, Almaniya məni özünə cəlb edir. Onların tarixi, ideologiyası, idarəetmə sistemi mənimçün çox maraqlıdır”.
Ruhiyyə DAŞSALAHLI
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41
