Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Qəbələ rayon təşkilatı 429 nəfərin namizədliyini irəli sürəcək

YAP Qəbələ rayon təşkilatı 429 nəfərin namizədliyini irəli sürəcək

23.10.2009 [09:28]

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq işlərini davam etdirir. Təşkilatın sədri Qüdrət Səmədov  bildirib ki, dekabrın 23-də 116 saylı Qəbələ və 117 saylı Oğuz-Qəbələ seçki dairələri üzrə 55 bələdiyyəyə 429 yer uğrunda  seçkilər keçiriləcək. YAP rayon təşkilatı bu  seçkilərdə hər yer üçün bir nəfərin namizədliyini irəli sürəcək. Hazırda YAP Qəbələ rayon təşkilatı namizədliyi irəli sürüləcək şəxsləri, müəyyən edib. Namizədlər imza toplamağa başlayıblar. Qüdrət Səmədovun sözlərinə görə, yerli əhali tərəfindən dəstəklənən və hazırkı bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin namizədlikləri yenidən irəli sürüləcək. Bundan əlavə, göstərilən etimadı ötən 5 ildə doğrulda bilməyən bələdiyyələrə isə yeni namizədlər irəli sürüləcək. O, qeyd edib ki, bu günədək YAP fəalları vasitəsilə yaşayış məntəqələrində rəy sorğuları keçirilib, ictimaiyyətin fikri öyrənilib, yerli əhəmiyyətli sosial problemlər müəyyən edilib, indiki bələdiyyələrin ötən 5 ildəki fəaliyyəti təhlil olunub. YAP rayon təşkilatında yaradılmış seçki qərargahının üzvlərinin hər biri seçki təcrübəsi olan partiya üzvləridir. Bələdiyyə seçkilərinin keçirilməsinə dair YAP Qəbələ rayon təşkilatının fəaliyyət proqramı var. Hazırda seçici siyahılarının dəqiqləşdirilməsi, namizədlərin təbliği ilə əlaqədar seçicilərlə iş aparacaq partiya fəallarının, məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və müşahidəçilərin müəyyənləşdirilməsi istiqamətində müəyyən işlər görülür. Təşviqat kompaniyasına start verildikdən sonra YAP rayon təşkilatı fəaliyyət proqramına uyğun olaraq lazımi təşviqat işinə başlayacaq. Hazırda YAP Qəbələ rayon təşkilatı 4.351 üzvü öz ətrafında birləşdirir ki, onlardan da 1.605-i qadın, 1.674-ü gəncdir.

Paylaş:
Baxılıb: 1302 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30