Hacıqabulda baş verən təbii fəlakətin vurduğu ziyan hesablanır
25.09.2009 [11:08]
Xəbər verildiyi kimi, sentyabrın 20-də baş vermiş sel nəticəsində Azərbaycanın bir neçə rayonu ciddi ziyan görüb. Təbii fəlakət nəticəsində Hacıqabul, Neftçala rayonları və Şirvan şəhəri ərazisində evləri, yolları su basıb.
Bu fəlakətdən ən böyük ziyan çəkən rayon isə Hacıqabul rayonudur. Rayonun Nəvahi və Rəncbər kəndləri ərazisinə yağan güclü leysan yağışları nəticəsində ərazidə 300-dən çox ev və Hacıqabul rayon mərkəzinin ərazisi su altında qalıb. Sel sularının axın məcrası istiqamətində yaranan su axını kiçik avtomobilləri və yolüstündəki əşyaları aparıb. Rayon ərazisinin ətrafında dəmir yollarının relsləri və elektrik xətləri uçub. Yüzlərlə ev heyvanları tələf olub. Rayon sakinlərinin ev əşyaları, şəxsi avtomobillər suyun altında qalıb, bir neçə ev uçub. Təbii fəlakətin fəsadlarının aradan qaldırması üçün Azərbaycan Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və texnikası səfərbər edilib və az müddətdə rayonda həyat normal şəraitə düşüb. Bununla belə, rayona böyük maddi ziyan dəyib.
Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov selin rayona üç istiqamətdən gəldiyini bildirib. Pirsaat su anbarı, Haramı dağları və Mişovdağ deyilən ərazilərdən daxil olan sel suları ilk saatlarda böyük çətinliklər yaradıb. YAP rayon təşkilatının sədri dövlət orqanlarının vaxtında müdaxiləsi nəticəsində problemin aradan qaldırıldığını söyləyib: “Rayon rəhbərliyi, rayon fövqəladə hallar komissiyası, Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti dərhal müdaxilə etdi və aktiv şəkildə problemin aradan qaldırılması üçün fəaliyyətə başladı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Daxili işlər naziri Ramil Usubov rayona gəldilər. Baş verənlərlə yerindəcə tanış oldular. Yerli əhalinin də köməyi ilə demək olar ki, fəlakətin qarşısı alındı, tələfat olmadı”.
Rayona dəyən maddi zərərin böyük rəqəmlərlə ifadə olunduğunu diqqətə çatdıran H.Bəşirov bu istiqamətdə hələ də dəqiqləşmələrin aparıldığını önə çəkib: “Bir məsələ dəqiqdir ki, ən əsas zərər Hacıqabul şəhərinə və Nəvai, Rəncbər kəndlərinə dəyib. Nəvai kəndində elə evlər var ki, olduqca çökək ərazidədir, hələ də su içindədir. Əhali həmin evlərdən evakuasiya olunub. Digər tərəfdən dağılan evlər əsasən köhnə tikililərdir. Kənddə yaşayan insanlara maddi ziyan dəyib. Məsələn, sel yığılan taxılı, meyvə və digər məhsulları tamamilə yuyub aparıb. Hətta xırdabuynuzlu heyvanları belə sel aparıb”.
Təbii fəlakət günü rayon Təcili Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. H.Bəşirov təbii fəlakətin baş verdiyi ilk gündə 17, ikinci gün isə 20-yə yaxın vətəndaşın xəstəxanaya müraciət etdiyini bildirib: “Onların cəmisi 7-8 nəfəri müxtəlif xəstəliklərlə əlaqədar müraciət ediblər. Digər qismi isə məhz rayon Təcili Tibbi Yardım Mərkəzinin texnikası vasitəsilə xəstəxanalara gətirilib, müayinə olunub. Fəlakət baş verən gün rayon səhiyyə şöbəsinin bütün personalı var gücü ilə işləyib. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Hacıqabul rayonu ümumiyyətlə çökəklikdə yerləşir və dəniz səviyyəsindən 60 metrə qədər aşağıdadır. Rayon xəstəxanası da coğrafi baxımdan çökək ərazidədir. O baxımdan, xəstəxananın tibbi ehtiyatlarını, sənədlərini seldən, təbii fəlakətdən qorumaq üçün xəstəxana işçiləri mobil qrup yaradıb, fəaliyyət göstərib”.
H.Bəşirov Yeni Azərbaycan Partiyası rayon təşkilatının üzvlərinin də bu hadisələr zamanı zərərçəkən insanlara var gücü ilə yardım etdiyini deyib: “Selin başlandığı ilk vaxtdan etibarən rayon icra hakimiyyətinin rəhbərliyi ilə partiya üzvləri zərər çəkən insanları xilas etmək üçün işə başladılar”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

