Xoşbəxt gələcəyə “İlhamla irəli”!
05.04.2018 [10:23]
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Gəncə şəhər şöbəsi partiyanın Sədri, Azərbaycan Respublikası Prezidentliyinə namizəd cənab İlham Əliyevin seçki kampaniyası çərçivəsində seçicilərlə görüşlərini uğurla davam etdirir. YAP Gəncə şəhər təşkilatının qərargahında keçirilən növbəti görüşdə isə Gəncənin qadın seçiciləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan YAP Gəncə şəhər təşkilatının Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin seçki proqramı haqqında ətraflı məlumat verib. Pərvin Kərimzadə əlavə edib ki, bu gün cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycanda qadın hüquqlarının təmin olunmasına, qadınların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət uğurla həyata keçirilir. Millət vəkili Gəncənin qadın seçicilərini Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.
Gəncə qadınları adından çıxış edən Aidə Həsənova, Mehriban Məmmədova, Elnarə Mahmudova, Ulduz Babayeva, Afaq Qasımova, Mainə Hüseynova qadınların Azərbaycan dövlətçiliyinin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında rolundan danışaraq, əminliklə bildiriblər ki, Gəncə seçiciləri yekdilliklə 11 aprel seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Öz növbəsində təşviqatçı İbrahim Cəfərov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində lider dövlətə çevrilən Azərbaycanda qadınlar dövlət idarəetmə strukturlarında, seçkili orqanlarda, yerli özünüidarəetmə qurumlarında, səhiyyə, təhsil və mədəniyyət sahələrində ön sıralarda addımlayırlar.
Sonda çıxış edən YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qarşıdakı 7 il üçün daha güclü və qüdrətli Azərbaycan naminə bütün Gəncə seçicilərini YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.
Qeyd edək ki, ATƏT DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyasının uzunmüddətli müşahidəçiləri xanım Katarina Apel və Valentin Vizant görüşdə iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55

