Gədəbəy seçicilərinin seçimi Prezident İlham Əliyevdir
24.03.2018 [10:20]
Rayonun Novosaratovka və Novoivanovka kəndlərində seçicilərlə görüşlər keçirilib
11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən kütləvi tədbirlər davam edir. Yeni Azərbaycan Partiyasının (YAP) Sədri, Prezident İlham Əliyevin təbliğatına həsr olunmuş növbəti tədbir Gədəbəy rayonunun Novosaratovka və Novoivanovka kəndlərində keçirilib.
İlk olaraq qarşıdan gələn prezident seçkilərinin olduqca əlamətdar bir hadisə olduğunu qeyd edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev Prezident İlham Əliyevin xalqımızın alternativsiz lideri olduğunu deyib. Son illər Gədəbəy rayonunda aparılan yenidənqurma işlərindən bəhs edən partiya rayon təşkilatının sədri Prezident İlham Əliyevin apardığı sosial siyasətin ölkəmizin inkişafında əsaslı rol oynadığını söyləyib. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursundan danışan R.Nağıyev gədəbəylilərin daim dövlətçiliyə və milli maraqlara sədaqətli olduğunu önə çəkib. O, Gədəbəy seçicilərinin Ümummilli liderimiz, müstəqil Azərbaycanın memarı Heydər Əliyev siyasətinin davamçısı İlham Əliyevə səs verəcəyinə inandığını deyib.
Daha sonra çıxış edən millət vəkili Rafiq Məmmədhəsənov bildirib ki, son 15 ildə yeni iş yerlərinin açılması, ölkənin valyuta ehtiyatlarının artırılması, səhiyyəyə, təhsilə, mədəniyyətə və digər sahələrə paralel qayğının göstərilməsi və diqqətin artırılması hamının gözünün önündə baş verib: “Mən inanıram ki, xalqımız 2003-cü ildə, 2008-ci ildə, 2013-cü ildə olduğu kimi müstəqilliyin sarsılmazlığına, inkişafa, yüksəlişə - İlham Əliyevə səs verəcək”.
Çıxış edən YAP Gədəbəy rayon təşkilatı seçki qərargahının üzvləri Alim Verdiyev, Baxış Nağıyev və başqaları vətəndaşların seçkidə fəal iştirakının ölkəmizin sabahı naminə vacib bir şərt olduğunu önə çəkiblər. Çıxış edən kənd sakinləri bildiriblər ki, hər bir rayon sakini ölkəmizdəki siyasi-iqtisadi sabitliyi dəstəkləyir və bu dəstəyi aprelin 11-də YAP-ın namizədi cənab İlham Əliyevə səs verməklə növbəti dəfə nümayiş etdirəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47

