/ / Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “ilhamaliyev2018.az” təşviqat saytının təqdimatı keçirilib
Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “ilhamaliyev2018.az” təşviqat saytının təqdimatı keçirilib
20.03.2018 [13:28]
Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “ilhamaliyev2018.az” təşviqat saytının təqdimatı keçirilib. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar bütün zəruri tədbirləri həyata keçirməkdədir. “Bilirsiniz ki, YAP-ın seçkilərdə namizədi partiyamızın Sədri, dövlət başçısı cənab İlham Əliyevdir. Seçki Məcəlləsinə uyğun olaraq artıq martın 19-dan seçkilərin təşviqat mərhələsi başlayıb. Biz qanunvericiliyə uyğun olaraq təşviqatın bütün növlərindən istifadə etməyi nəzərdə tuturuq. Əhali ilə görüşlər keçiriləcək, görülən işlər insanların diqqətinə çatdırılacaq, həmçinin sosial şəbəkələrin imkanlarından da geniş istifadə olunacaq” - deyən, S.Novruzov əlavə edib ki, artıq YAP Mərkəzi Seçki Qərargahı tərəfindən təbliğat qrupları yaradılıb və bu qruplar hər bir bölgədə, yaşayış yerlərində seçicilərlə görüşlər keçirəcəklər.
YAP İcra katibinin müavini söyləyib ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində 40-dan çox böyük mitinqlərin keçirilməsi nəzərdə tutulur. Martın 21-də Nərimanov rayonunda keçirilən tədbirlə bu prosesə start veriləcək.
S.Novruzov qeyd edib ki, dünyada müasir seçki texologiyaları mövcuddur və YAP bu texnologiyalardan səmərəli istifadə etməyə çalışır: “Kütləvi informasiya vasitələri ilə yanaşı internetin də bu gün geniş imkanları var. İnsanlar internet resurslarından daim istifadə edir, informasiya əldə edirlər. Ona görə də, partiyamızın namizədi cənab İlham Əliyevin təşviqat kampaniyasında bu vasitədən də istifadə etməyi nəzərdə tuturuq. Yeni yaradılmış “ilhamaliyev2018.az” saytında bütün seçki və təbliğat xəbərləri yerləşdiriləcək”.
Daha sonra Milli Məclisin deputatı Vüsal Hüseynov “ilhamaliyev2018.az” saytı haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, bütün dünyada bu tipli seçki-təbliğat texnologiyalarından geniş istifadə olunur. Qeyd olunub ki, saytda “İlhamla irəli - Daha güclü Azərbaycan naminə!”, “Daha güclü Azərbaycan naminə daha güclü ordu!”, “Daha güclü Azərbaycan naminə xalq-iqtidar birliyi!”, “Daha güclü Azərbaycan naminə daha güclü iqtisadiyyat!”, “Daha güclü Azərbaycan naminə daha sağlam cəmiyyət!” şüarları əks olunur. Eyni zamanda, saytda YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı yerləşdirilib.
O da bildirilib ki, “ilhamaliyev2018.az” saytı “Ana səhifə”, “Tərcümeyi-hal”, “Nailiyyətlər”, “Hədəflər”, “Seçki proqramı”, “Dəstək qrupları”, “Kampaniya xəbərləri”, “Əlaqə” və “Seçki günü” bölmələrindən ibarətdir. İctimaiyyət bu bölmələrin hər birində mövzuya uyğun olaraq geniş məlumatlar əldə etmək imkanına malikdirlər.
Bundan əlavə, saytı “Facebook”, “İnstagram”, “Tvitter” və “Youtube” sosial şəbəkələri üzərindən izləmək və məlumatları paylaşmaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

