YAP Sabunçu rayon təşkilatında gənclərlə görüş keçirilib
10.01.2018 [10:14]
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatında gənclərlə görüş keçirilib. Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, partiyanın rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov və partiyanın gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının hər bir gənc üzvü partiyanın veteran üzvlərinə, ağsaqqallarına dəyər verməklə, onun fəaliyyətində yeni nəfəs gətirirlər: “Bu gün möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin müəyyənləşdirdiyi uğurlu gənclər siyasətinin nəticəsidir ki, hər bir gənc bu siyasətin nəticəsində öz xoşbəxt gələcəyini qurur, təhsil alır, işləyir və cəmiyyətə töhfələrini verir. O cümlədən, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyasının Sədr müavini Mehriban xanım Əliyevanın da bu istiqamətdəki fəaliyyəti hər bir gəncimizdə böyük ruh yüksəkliyi yaratmaqdadır. Bu gün biz əminliklə deyə bilərik ki, gənclərimiz daim Onların nəzərləri altındadırlar”.
Mehriban Abasquliyeva gənclərimizin sosial şəbəkələrdə də ölkəmizin və dövlətçilik maraqlarımızın qorunması, təbliği istiqamətində fəal olduqlarını deyərək, vurğulayıb ki, bəzilərindən fərqli olaraq, YAP-ın gənc fəalları sosial şəbəkələrə yalnız istirahət və əyləncə məqsədi ilə deyil, o cümlədən, Vətənimizin dünyaya inkişaf və tərəqqi reallıqlarını çatdırmaqla, o cümlədən, Azərbaycanı istəməyən daxili və xarici qüvvələrin qarşısına çıxaraq, onlara layiqli cavablar verməklə daxil olurlar və bunun uğurlu nəticələri də göz önündədir: “Bu gün hər bir gənc özünə sual verməlidir ki, “mən Azərbaycan üçün nə edə bilərəm?”. Bəli, bizim çox gözəl gənclərimiz var ki, onlar ölkəmizi müxtəlif mühüm beynəlxalq tədbirlərdə, mədəniyyət və idman sahələrində uğurla təmsil edirlər. Biz, bunu Avroviziya mahnı müsabiqəsində, Birinci Avropa Oyunlarında, Dördüncü İslam Həmrəyliyi Oyunlarında və başqa kütləvi tədbilərdə müşahidə etmişik. Gənclərimizin uğurlu fəaliyyətləri nəticəsində bizim üçrəngli bayrağımız ən yüksək zirvələrdə dalğalanır”.
YAP Sabunçu rayon təşkilatının sədri partiyanın rayon təşkilatında təmsil edilən gənclərin də bir çox uğurlara imza atdıqlarını bildirərək deyib ki, bu, çox önəmli bir haldır. Rayon təşkilatının sədr müavini Bəxtiyar Qasımov partiyanın yaranması tarixindən, Ulu öndər Heydər Əliyevin bu istiqamətdə apardığı müdrik və qətiyyətli siyasətindən, xalqı və dövləti üçün xilaskarlıq missiyasını hansı çətinliklərlə həyata keçirməyindən bəhs edərək bildirib ki, məhz həmin vaxtlar onun gənc yaşlarına təsadüf edirdi. “O dövrlərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı Azərbaycanı uçuruma doğru aparırdı və müstəqilliyimiz yenidən itirilmək təhlükəsi ilə qarşı-qarşıya qalmışdı”, - deyə bildirən Bəxtiyar Qasımov əlavə edib ki, həmin zamanlarda xalq yekdilliklə Ulu öndərimiz Heydər Əliyevə müraciətlər edərək, Onu Azərbaycanı xilas etməyə çağırdı: “Həmin ərəfələrdə vəziyyət çox mürəkkəb idi və xalqımızın Ümummilli lideri Heydər Əliyev xalqının səsinə-səs verərək, ölkəmizi məhv olmaqdan qurtardı”.
B.Qasımov ölkəmizi təhlükəyə atan həmin qüvvələrin bu gün müxalifətçilik adı altında hələ də xəyallar qurduqlarını deyib və bildirib ki, Azərbaycan xalqı bu kimi satqınları və xəyanətkarları heç vaxt qəbul etməyib, bundan sonra da qəbul etməyəcək, Azərbaycan gəncliyi inkişafın, tərəqqinin, dövlətçilik maraqlarının, yüksələn və artan uğurların tərənnümçüsü olaraq, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin ətrafında daha da sıx birləşəcəklər.
Daha sonra çıxış edən YAP Sabunçu rayon təşkilatının Gənclər Birliyinin üzvü Orxan Daşdəmirli gənclərin uğurlu fəaliyyətindən və qarşıda dayanan vəzifələrdən bəhs edərək, bundan sonra da uğurlara imza atacaqlarını qeyd edib. O, bildirib ki, hər bir Azərbaycan gənci Yeni Azərbaycan Partiyasının fəaliyyətinə öz uğurlu töhfələrini verməklə ölkəmizin inkişaf və tərəqqisində fəallıq sərgiləməli, yeni-yeni nailiyyətlər qazanmalıdır.
Görüşün sonunda YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva gənclərə bir sıra tövsiyə və tapşırıqlarını verərək, onlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Xəbər lenti
Hamısına baxGündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41

