YAP milli mənafelərə xidmət etməklə ümumxalq partiyası olduğunu sübut edib
18.11.2017 [00:16]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin rayon ərazisindəki abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə, eyni zamanda, YAP-ın yaradılması və ölkəmizin inkişafındakı xidmətləri ilə bağlı Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun məsləhətçisi olduğu və “SƏS” Media Qrupun hazırladığı “Xalq və dövlətçilik uğrunda - 25 il” adlı qısametrajlı film nümayiş etdirilib, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb.
V.Seyidov qeyd edib ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib. YAP-ın ötən dövr ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdıran natiq Ümummilli liderin əsasını qoyduğu siyasi kursun ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə və regionun güc mərkəzinə çevrildiyini qeyd edib. Rayon təşkilatının sədri 25 il ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətinin günü-gündən artmasından danışıb.
YAP-ın təsis konfransının iştirakçısı, partiyanın veteran üzvü Sabir Allahverdiyev YAP-la bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini vurğulayıb.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.
Vüqar Rəhimzadə bildirib ki, Ümummilli lider Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti və zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin qarşısının alınmasına, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sabit, müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın tam təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Ulu öndər Heydər Əliyevdən sonra davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ölkənin maraq və mənafelərinin təmin olunmasına xidmət etməklə bir daha ümumxalq partiyası olduğunu sübut edib.
Daha sonra YAP Suraxanı rayon təşkilatının fəal gənci Azad Abıyev çıxış edərək partiyanın gənclər siyasətindən, eyni zamanda, ölkədə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb.
“SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
B.Quliyev qeyd edib ki, bu gün Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən güclü siyasi təşkilatı kimi özünü təsdiq edib.
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.
Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatının bir qrup fəal üzvü fəxri fərmanla təltif edilib. Eyni zamanda, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi verilib.
Xəbər lenti
Hamısına baxDünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38

