Yeni Azərbaycan Partiyası cəmiyyətdə aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir
13.10.2017 [10:16]
Bu gün sıralarında cəmiyyətin bütün təbəqələrini əhatə edən 700 mindən çox üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi, cəmiyyətdə öz aparıcı rolunu gündən-günə möhkəmləndirməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikir Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının oktyabrın 12-də keçirilən IX konfransında səsləndirilib.
Konfrans iştirakçıları əvvəlcə partiyanın yaradıcısı, Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Təşkilatın sədri Nizami Əhmədovun hesabat məruzəsində qurumun əvvəlki konfransdan keçən dövr ərzindəki fəaliyyəti geniş təhlil edilib, qarşıda duran vəzifələrdən bəhs olunub.
Bildirilib ki, zəngin və şərəfli inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarətdir. YAP zamanın çətin sınaqlarından şərəflə çıxıb, böyük siyasi qüvvəyə çevrilib. Partiyanın sıralarının gündən-günə artmasının əsas səbəbi ondadır ki, YAP-ın yaradıcısı, ilk rəhbəri dahi şəxsiyyət, Azərbaycan xalqının xilaskarı, Ümummilli lider Heydər Əliyev olub. Partiyanın nüfuzu ondadır ki, hazırda bu siyasi birliyə Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev rəhbərlik edir.
Diqqətə çatdırılıb ki, 71 ərazi ilk partiya təşkilatını özündə birləşdirən rayon təşkilatının hazırda 4495 nəfər üzvü var. Təşkilat üzvlərinin 54,7 faizini qadınlar, 43 faizini gənclər təşkil edir. Partiya üzvləri rayonun ictimai-siyasi həyatında fəal rol oynayırlar.
Sonra təşkilatın nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.
Konfransda rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatı Kamilə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, həmçinin rayon təşkilatının fəalları çıxış edərək, Azərbaycan dövlətçiliyinin formalaşmasında, ictimai-siyasi sabitliyin bərqərar olmasında, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında Yeni Azərbaycan Partiyasının mühüm rolu və xidmətləri olduğunu bildirib, partiyanın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Konfransda təşkilati məsələlərə də baxılıb, Nizami Əhmədov yenidən YAP Qax rayon təşkilatının sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

