/ / YAP Gəncə şəhər təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş müxtəlif yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
YAP Gəncə şəhər təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş müxtəlif yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
03.06.2017 [10:21]
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr etdiyi müxtəlif yarışların qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkil etdiyi və şəhər İcra Hakimiyyətinin, şəhər Gənclər və İdman Baş İdarəsinin, Kapital Bankın və ABC(eybisi)-telekom şirkətinin dəstəyi ilə keçirilən tədbirdə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, AMEA Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev, MM-in deputatlarından Pərvin Kərimzadə, Mirkazım Kazımov, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, partiya fəalları və tələbə-gənclər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal üzvlərinin Xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirinə çəkdiyi videoçarx nümayiş olunub.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, bildirib ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaradıb, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirib, fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Məhz dünyamiqyaslı siyasi xadim Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Elmar Vəliyev Ulu öndərin yüksək ideallarına daim sadiq qalan gəncəlilərin dahi rəhbərin anadan olmasının 94-cü ildönümünü böyük coşqu ilə qeyd etdiklərini diqqətə çatdırıb.
YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev qeyd edib ki, Yeni Azərbaycan Partiyasının memarı, müstəqil dövlətimizin banisi Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi ərəfəsində YAP Gəncə şəhər təşkilatında ənənəvi olaraq, coşqu və təntənə yaşanıb. Ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə keçirilən tədbirlərdə ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərləri, fəalları, təşkilatçılar, tələbə-gənclər dahi şəxsiyyət Heydər Əliyev ənənələrinə sonsuz sədaqət, məhəbbət, yüksək vətənpərvərlik, coşqu, işgüzarlıq, hərtərəfli bilik, intellekt və bacarıq nümayiş etdiriblər.
Sonra Ümummilli lider Heydər Əliyevin doğum günü münasibəti ilə keçirilən silsilə tədbirlərin-futzal, şahmat turnirləri, bilik yarışı qaliblərinin mükafatlandırma mərasimi olub, I və II yerləri bölüşdürən komandalar Fəxri fərman və qiymətli hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, Olimpiya sisteminə uyğun olaraq, keçirilən şahmat turnirində Gəncə Dövlət Universitetinin komandası I, Azərbaycan Dövlət Aqrar Universitetinin komandası II, “Heydər Əliyev irsini öyrənirik” adlı bilik yarışında Azərbaycan Dövlət Aqrar Universitetinin komandası I, Gəncə Regional Kollecinin komandası II, Futzal turnirində Gəncə Dövlət Universitetin komandası I, Azərbaycan Texnologiya Universitetinin komanadası II yerə sahib olublar.
YAP Gəncə şəhər təşkilatı hər zaman qocaman, ağbirçək partiya üzvlərinə xüsisi diqqət və qayğı ilə yanaşır. Şəhərin səhiyyə sahəsində və partiya həyatındakı xidmətlərinə görə 70 yaşlı Durna Dəsdiyə Fəxri fərman, qiymətli hədiyyə və gül dəstəsi təqdim edilib.
Sonda Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59

