/ / YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirib
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurası partiyanın yaranmasının 24-cü ildönümü münasibətilə tədbir keçirib
15.11.2016 [10:02]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə partiyanın Nərimanov rayon təşkilatının Qadınlar Şurası tədbir keçirib. Tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib ki, partiyamız ötən 24 ildə şərəfli bir yol keçib: “YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyamızın, o cümlədən YAP-ın Nərimanov rayon təşkilatının sıraları günbəgün genişlənir”.
YAP-ın sıralarında qadınların kifayət qədər fəal təmsil olunduqlarını deyən M.İbrahimova əlavə edib ki, Ulu öndər Heydər Əliyev hər zaman qadınlarımıza xüsusi diqqət və qayğı ilə yanaşıb: “Onun bu siyasətini Prezident İlham Əliyev davam etdirir. Eyni zamanda, qeyd etməyi özümə borc bilirəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü Mehriban Əliyevanın fəaliyyəti istər YAP-ın üzvü olan qadınlar, istərsə də ümumilikdə Azərbaycan qadınları üçün bir nümunə təşkil edir. Mehriban xanım Əliyeva nəinki ölkə daxilində böyük işlər görür, hətta xarici ölkələrdə də Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin təbliği istiqamətində mühüm addımlar atır. Mehriban xanımın təhsil, səhiyyə sahələrinin inkişafındakı xidmətləri də cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir, daim təqdir olunur. Onun fəal mövqeyi, milli və dövlətçilik maraqlarına xidmət edən çoxşaxəli fəaliyyəti, təbii ki, hər bir azərbaycanlı qadın üçün əla örnəkdir”.
Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib ki, YAP zamanın tələbi ilə yaranıb: “Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin rəhbərliyi ilə yaranan YAP qısa müddət sonra iqtidar partiyasına çevrildi. 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ulu öndər Heydər Əliyev dövlətçilik təcrübəsindən istifadə edərək, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş müharibəsinin qarşısını aldı və müstəqil Azərbaycanın tərəqqisinin əsasını qoydu. Bu gün Ulu öndərin siyasi kursunun YAP Sədri, cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan yeni-yeni uğurlar əldə edir”.
Millət vəkili Jalə Əliyeva deyib ki, məhz Ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində Azərbaycan dövlətçiliyi məhvolma təhlükəsindən xilas olub: “Ulu öndərin titanik fəaliyyəti nəticəsində ölkə daxilində ayrı-ayrı siyasi qüvvələrə tabe olan hərbi birləşmələr ləğv edildi, vətəndaş müharibəsi və separatçılığın qarşısı alındı. Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru addımlayır”.
YAP-ın gənc fəalı Aytən Məmmədova çıxışında partiyanın gənclərin inkişafı üçün bütün imkanları yaratdığını bildirib.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkədə bütün sahələrin, o cümlədən təhsil və elmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib: “Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranmış YAP-ın ötən 24 il ərzində dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycan cəmiyyətinin inkişafında və yeniləşməsində müstəsna xidmətləri olub”.
Tədbirdə çıxış edən digər natiqlər də diqqətə çatdırıblar ki, YAP hər zaman Azərbaycan dövlətçiliyinə, Ümummilli liderimiz Heydər Əliyevə və Onun ideyalarına sadiqdir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

