Yeni Azərbaycan Partiyasının namizədi akademik İsa Həbibbəyli seçicilərlə görüşüb
28.10.2015 [10:44]
Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisə deputatlığa namizəd İsa Həbibbəyli 2 saylı Şərur Seçki Dairəsinin əhatə etdiyi kəndlərdə seçicilərlə görüşlərini davam etdirir.
Aralıq kəndində keçirilmiş görüşdə kənd ziyalıları, müəllimlər, həkimlər və kənd camaatı iştirak ediblər. Görüşün keçirildiyi müasir kənd mərkəzi kompleksində çıxış edənlər kəndin yeni həyatından, müasir inkişaf səviyyəsindən və qarşıda duran vəzifələrdən danışıblar. Kənd ziyalıları Heydər Əliyev siyasətinin Azərbaycanın inkişafının sınaqlardan çıxmış ən düzgün yolu olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı siyasət və atdığı qətiyyətli addımlar müstəqil dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə xidmət edir. Kənd sakinləri Naxçıvan Muxtar Respublikasında baş verən böyük sosial-iqtisadi inkişafı ölkəmizin inkişafının əsas göstəricilərindən biri kimi yüksək qiymətləndiriblər.
Deputatlığa namizəd, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin real nəticələrindən və böyük perspektivlərindən geniş söz açıb.
Şərur rayonunun Qarxun kənd məktəbində ziyalılarla keçirilən görüşdə müasir kəndin, məktəbin, kənd ziyalısının problemlərindən, dərsliklərin vəziyyətindən bəhs edilib.
Axura, Həmzəli, Bulaq Başı, Sərxanlı, Diyadin kəndlərindəki görüşlər də yüksək fəallıq şəraitində keçib.
Danyeri kəndində keçirilən görüşdə kənd sakinləri çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi xəttini ürəkdən müdafiə etdiklərini ifadə ediblər. Son illərdə Danyeri kəndində salınmış müasirtipli kənd mərkəzlərində kəndlinin boş vaxtlarından daha səmərəli istifadə etməsinə, problemlərin yerində həllinə şərait yaradıldığı nəzərə çatdırılıb.
Akademik İsa Həbibbəyli çıxış edərək Ulu öndər Heydər Əliyev siyasətinin təntənəsindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı strategiyasının həyata keçirilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında qazanılan böyük uğurlardan söz açıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə deputatlığa namizəd, Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar da çıxış edib.
Seçicilərin suallarına ətraflı cavablar verilib.
Xəbər lenti
Hamısına baxSosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17

