YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
24.02.2015 [11:17]
Fevralın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, Onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP İcra katibliyinin məsul işçisi Araz Xudadanov, partiya fəallarının, KİV nümayəndələrinin iştirak etdiyi konfransda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri, Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya bildirib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib, onların ümummilli dövlət mənafeləri əsasında səfərbər olunması üçün mühüm addımlar atıb: “Ümummilli lider tərəfindən əsası qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnamla demək olar ki, möhtərəm Prezidentimiz, YAP Sədri cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə doğru inamla irəliləyir”.
F.Şadlinskaya qeyd edib ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi respublikanın ən öndə gedən gənclər təşkilatıdır: “YAP üzvlərinin 254 min nəfərini gənclər təşkil edir. Biz bu gün fəxarətlə qeyd etmək istəyirik ki, Bərdə gəncləri hər zaman Yeni Azərbaycan Partiyasının ön sıralarında olublar. YAP Bərdə rayon təşkilatı keçirdiyi bütün tədbirlərdə işini gənclərlə birgə qurur. Rayonumuzda gənclərə böyük diqqət və qayğı var. İstər gənclərin önə çəkilməsi, istərsə də işlə təminatı məsələsi diqqət mərkəzində saxlanılır və burada YAP üzvləri demək olar ki, ən gözəl baza olur. Rayonumuzda gedən tikinti-abadlıq, quruculuq işlərinin önündə, əlbəttə müxtəlif təbəqələri təmsil edən YAP üzvləri gedir. Biz qürur hissi keçiririk ki, bütün bu proseslər xalqımızın güzəranının, maddi rifah halının yaxşılaşmasına, gənclərimizin sabahının parlaq olmasına xidmət edir”.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Bildirib ki, müasir Azərbaycan dövlətinin memarı Ulu öndər Heydər Əliyev hələ sovetlər dönəmində ölkəyə rəhbərlik edərkən gənclərə böyük diqqət və qayğı ilə yanaşıb: “Ümummilli liderin təşəbbüsü ilə məhz o dövrdə yüzlərlə azərbaycanlı gənc təhsil üçün xarici ölkələrə göndərilirdi. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə qəbul edilən və uğurla icra olunan 2007-2015-ci illəri əhatə edən Dövlət Proqramı sayəsində minlərlə gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alıb və hazırda bu proses davam edir”.
V.Rəhimzadə Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərin rolunu xüsusi olaraq vurğulayıb: “Bu gün regionun ən böyük siyasi güc mərkəzi olan Yeni Azərbaycan Partiyasının 650 min nəfərə yaxın üzvü var. Onların 40 faizdən çoxunu məhz gənclər təşkil edir. Bu yüksək göstəricidir və ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyasının rəhbərliyi gənclərə nə qədər böyük önəm verir. Bu gün Yeni Azərbaycan Partiyası sıralarında birləşən gənclər sağlam ruhlu, vətənpərvər, yüksək intellektə malikdirlər. Onlar ölkədə gedən bütün ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarını dəstəkləyən bu gənclər bu gün ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşiblər”.
Tədbirdə YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin hesabat-məruzəsi dinlənilib. Bildirilib ki, hazırda YAP Bərdə rayon təşkilatının 10575 nəfər üzvü var. Onlardan 3016 nəfərini gənclər təşkil edir. Məruzə ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Fazər Hümbətov, tələbə Sənan Təhməzzadə, həkim Mətanət Rzayeva çıxış ediblər, Gənclər Birliyinin ötən dövrdəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Sonra təşkilati məsələlərə baxılıb. YAP Bərdə rayon təşkilatı Gənclər Birliyi Şura və İdarə Heyətinin yeni tərkibi, həmçinin YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib. Fərid Fərzəliyev isə YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 23:26
Dünya
31 May 22:19
Dünya
31 May 21:35
Dünya
31 May 20:41
Sosial
31 May 19:46
Maraqlı
31 May 19:17
Dünya
31 May 18:40
Dünya
31 May 17:32
Dünya
31 May 16:22
Dünya
31 May 15:19
Dünya
31 May 14:35
Sosial
31 May 13:45
Dünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

