Gəncəlilər rifah və quruculuq naminə səs verəcəklər
04.12.2014 [11:14]
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlərin təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş Gəncə şəhərində keçirilib. YAP Gəncə şəhər təşkilatının Seçki Qərargahında keçirilən tədbiri giriş sözü ilə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, bu günlərdə yaradılmasının 22-ci ildönümünü qeyd etdiyimiz YAP ölkəmizdə alternativsiz siyasi qüvvədir. Partiyamızın uğurlarının köklü səbəbləri var: “Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir və bu siyasət xalq tərəfindən yekdilliklə dəstəklənir. Təbii ki, YAP bu siyasətin ən fəal təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuza malikdir. Bu gün 630 min nəfərdən çox üzvü olan partiyamız bütün ictimai-siyasi proseslərin önündə gedir”.
Natiq vurğulayıb ki, YAP bu seçkilərdə də yüksək faizlə qalib gəlmək əzmindədir və iqtidar partiyası, eyni zamanda, bələdiyyələrin işinin yüksəldilməsi üçün də səmərəli tədbirlər həyata keçirir. Bu işdə bələdiyyələrə seçiləcək partiya üzvlərinin üzərinə böyük məsuliyyət düşür.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, “Səs” qəzetinin baş redaktoru, fəlsəfə elmləri doktoru Bəhruz Quliyev, AMEA Gəncə Bölməsinin direktoru, Akademiyanın müxbir üzvü, professor Fuad Əliyev, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə bildiriblər ki, ötən müddət ərzində müstəqil Azərbaycanda həyata keçirilən irimiqyaslı siyasi-hüquqi islahatlar sırasında yerli özünüidarəetmə orqanlarının formalaşması xüsusi önəm kəsb edib. Qeyd olunub ki, partiyanın bələdiyyə üzvlüyünə namizədlərin əsas məqsədi ötən bələdiyyə seçkilərində olduğu kimi, bu seçkilərdə də qalib gəlmək, şəhərimizin tərəqqisi, sosial-iqtisadi yüksəlişi, əhalinin rifahı naminə əzmkarlıqla çalışmaq, yerli özünüidarəetməni daha da inkişaf etdirməkdir. Həmçinin, bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin daim diqqət və qayğısını öz üzərlərində hiss edən gəncəlilər əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də böyük fəallıq və coşğu nümayiş etdirəcək, bu siyasi kampaniyanın yüksək səviyyədə keçirilməsinə nail olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20

