/ / YAP Daşkəsən rayon təşkilatı namizədlərin müəyyənləşdirilməsində gənclərə və qadınlara üstünlük verib
YAP Daşkəsən rayon təşkilatı namizədlərin müəyyənləşdirilməsində gənclərə və qadınlara üstünlük verib
06.11.2014 [09:57]
Meydanəli Yolçuyev: Bu seçkilər prosesində də YAP Daşkəsən rayon təşkilatı gənclərin və qadınların fəallığından faydalanmaq, onları bu prosesə cəlb etmək üçün əməli addımlar atır
Məlum olduğu kimi, bu ilin dekabr ayının 23-də Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçiriləcək. Hazırda müvafiq qurumlar sayca dördüncü olacaq bu seçkilərə yüksək səviyyədə hazırlıq işləri görür. Bələdiyyə seçkilərinə hazırlıq işləri Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları tərəfindən də uğurla davam etdirilir. Belə ki, YAP bu seçkilərdə də tam gücü ilə iştirak etməyi qarşıya məqsəd qoyub. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər aparılır, rayon təşkilatlarında yaradılan seçki qərargahları namizədlərin imzatoplama kampaniyasına başlayıblar.
Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının da seçkilərə hazırlığı və görülən işlər yüksək qiymətləndirilir. YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev deyib ki, rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar 15 nəfərdən ibarət Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və onlar işlərini müvəffəqiyyətlə həyata keçirməkdədir.
Qeyd etmək yerinə düşər ki, Daşkəsən rayonu üzrə 19 bələdiyyə fəaliyyət göstərir. Rayon ərazisində olan bələdiyyələrdən 13-ü 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsinə, 6 bələdiyyə isə 100 saylı Şəmkir-Daşkəsən Seçki Dairəsinə aiddir. YAP tərəfindən 19 bələdiyyə üzrə 145 namizəd irəli sürülüb. Namizədlərin müəyyənləşdirilməsində rayon təşkilatı gənclərə və qadınlara üstünlük verib. Bunun nəticəsidir ki, namizədliyi irəli sürülənlərin 51 nəfərini qadınlar, 57 nəfərini isə gənclər təşkil edir: “Ümumiyyətlə, bu seçkilər prosesində də YAP Daşkəsən rayon təşkilatı gənclərin və qadınların fəallığından faydalanmaq, onları bu prosesə cəlb etmək üçün əməli addımlar atır. Rayon təşkilatının Aparatına seçkilərlə bağlı işlərə gənclər cəlb olunub və onların hər birinə müvafiq tapşırıqlar verilib. YAP Daşkəsən rayon təşkilatında hər gün qızğın iş aparıldığını müşahidə etmək mümkündür. Seçki Qərargahının üzvləri ilə birgə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər gündəlik müzakirə olunur”.
Qarşıdakı dövrlərdə isə Seçki Qərargahı digər işlərin icrasını yüksək səviyyədə həyata keçirmək əzmindədir. Namizədlərin imzatoplama kampaniyası başa çatdıqdan sonra qanunvericiliyə müvafiq olaraq digər işlərə, o cümlədən, təbliğat-təşviqat kampaniyasına başlanacaq.
M.Yolçuyev deyib ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyası həyatımızın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirir. O qeyd edib ki, YAP-ın milli maraqlarımıza və ölkəmizin inkişafına xidmət edən fəaliyyəti cəmiyyət tərəfindən daim yüksək dəyərləndirilir. M.Yolçuyevin fikrincə, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir: “Bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq. Bu günə qədər əldə olunmuş təcrübələr, partiyanın malik olduğu potensial, xalqın etimadını qazanması bu seçki prosesinin də uğurla həyata keçiriləcəyini söyləməyə imkan verir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20

