/ / Lerikdə gənclər üçün “Xaricdə təhsil karyeramıza təsir edə bilərmi?” mövzusunda seminar keçirilib
Lerikdə gənclər üçün “Xaricdə təhsil karyeramıza təsir edə bilərmi?” mövzusunda seminar keçirilib
16.07.2014 [10:04]
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Lerikdə “Yay məktəbi” layihəsinin ikinci turu bir-birindən maraqlı tədbirlə davam edir. Dünən layihə çərçivəsində “Xaricdə təhsil karyeramıza təsir edə bilərmi?” mövzusunda seminar keçirilib. Seminarda çıxış edən tur rəhbəri, “Səs” qəzetinin baş redaktoru, “Səs” İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev öncə “Yay məktəbi”nin əsas mahiyyəti barədə növbəti məlumatları verib. B.Quliyev bildirib ki, artıq ənənəvi hal alan “Yay məktəbi” layihəsi gənclərin ictimai həyatdakı mövqelərinə stimul verməklə yanaşı, həmçinin, onların cəmiyyətdəki rolunu da müəyyənləşdirir: “Söz yox ki, gənclərimiz məhz belə uğurlu layihələrdə həm də gələcək karyeraları haqqında düşünür, yaxın gələcəkdə ölkəyə hansı töhfələr verə biləcəkləri barədə fikirlər irəli sürürlər. Əlbəttə ki, gənclər burada, ilk növbədə, öz təhsilləri ətrafında düşünməlidirlər. Çünki yaxşı təhsil almaq, həm də potensial karyera imkanlarının artırılması deməkdir”.
Tur rəhbəri, eyni zamanda, ölkədə təhsil sisteminin yeniləşməsi, müasirləşməsi barədə də geniş söhbət açaraq bildirib ki, bu gün Azərbaycan təhsili öz uğurlu addımlarını atır: “Həmçinin, ölkə rəhbərliyi gənclərimizin həm ölkədə, həm də ölkədən kənarda - xaricdə fəaliyyət göstərən nüfuzlu universitetlərdə təhsil almalarına kifayət qədər şərait yaradır. Belə qənaətə gəlmək olar ki, Azərbaycanla yanaşı, xarici ölkələrdə də təhsil alan gəncələrimiz öz gələcək karyeraları, iş imkanları barədə planlarını qururlar. Məqsəd isə birdir - uğurlu, keyfiyyətli təhsil, gələcəkdə təbii ki, uğurlu karyeraya öz müsbət təsirlərini göstərəcək. Nəticədə gənclər öz potensiallarını və imkanlarını doğma ölkələrinə, xalqına sərf edərək, Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər”.
B.Quliyev onu da xatırladıb ki, hələ SSRİ dövründə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev ölkənin müstəqilliyi barədə düşünərək, gənc nəslin təhsil almalarına karyera qurmalarına davamlı şərait yaradırdı: “Azərbaycanlı gənclər Sovet İttifaqının müxtəlif ali təhsil müəssisələrinə oxumağa, təhsil almağa göndərilir, onlar qayıtdıqdan sonra ölkəmizə öz töhfələrini verirdilər. Bu gün Heydər Əliyev siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda təhsilimizin bugünkü inkişafı bu sahədə dövlətimizin apardığı siyasətin məntiqi uğurlu nəticəsidir”.
Seminar çərçivəsində çıxış edən gənclər də sözügedən mövzu ətrafında öz fikirlərini bildirərək vurğulayıblar ki, bu gün Azərbaycan təhsili artıq bir çox ölkələrə örnək kimi göstərilir. Azərbaycanlı gənclər ölkədən kənarda təhsil almaqla yanaşı, xarici ölkələrdən olan gənclər də bizim ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisələrinə üz tuturlar.
Seminar bir-birindən maraqlı müzakirələr və diskussiyalarla başa çatdırılıb.
Qeyd edək ki, gənc fəal Sənan Məmmədlinin doğum günü layihənin ikinci turunda iştirak edən tur rəhbərliyi və gənclər tərəfindən qeyd olunub. Doğum gününü qeyd edən gənc üçün tort kəsilib, şirniyyat masası açılıb. Tur rəhbərliyi və gənclər Sənan Məmmədlini ad günü münasibəti ilə təbrik ediblər.
Xatırladaq ki, Lerikdə keçirilən “Yay məktəbi” layihəsi çərçivəsində müxtəlif idman yarışları və intellektual müsabiqələr də keçirilir. Qaliblər turun sonunda mükafatlandırılacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55

