Azərbaycan xalqının əbədi Lideri
06.05.2014 [09:04]
Sabunçuda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Dünən Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının birgə təşəbbüsü ilə rayon təşkilatının qərargahında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: “Ulu öndər Heydər Əliyev istər keçmiş sovetlər dönəmində, istərsə də 1993-cü ildən sonra ölkənin iqtisadi və sosial inkişafı istiqamətində mühüm addımlar atıb, Azərbaycanın ən yüksək zirvələri fəth etməsinə böyük zəmin yaranıb”.
A.Vəliyev bu gün müstəqil və güclü Azərbaycan dövlətinin əldə etdiyi uğurların Ulu öndərin müəyyənləşdirdiyi kursa əsaslandığını və bu uğurlu yolu Prezident İlham Əliyevin əzmlə davam etdirdiyini bildirib. O, Heydər Əliyevin adının Azərbaycan tarixinə xalqımızın xilaskarı kimi düşdüyünü vurğulayıb: “Azərbaycan tarix boyu bir çox sınaqlarla üz-üzə qalıb. Bu sınaqlardan uğurla çıxmaq üçün güclü liderə ehtiyac yaranıb. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, proseslərin önündə gedərək sınaqlardan şərəflə çıxıb”.
Natiq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkəmizin sürətlə inkişaf etdiyini də vurğulayıb.
Toplantıda çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünün milli bayram səviyyəsində qeyd olunduğunu bildirib. O, qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın inkişafı üçün çalışıb. M.Abasquliyevanın sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyev Öz uzaqgörənliyi və qətiyyəti sayəsində ölkəmizin daxili və xarici uğurlarının təminatına imkan yaradıb. Təşkilat sədri deyib ki, Ulu öndər Heydər Əliyev ideyalarına söykənən Azərbaycan bu gün sürətlə inkişaf edir.
Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırdığını vurğulayıb və Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlərindən ətraflı bəhs edib. YAP İcra katibinin müavini deyib ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ölkəmizi yalnız iqtisadi cəhətdən irəli aparmadı, eyni zamanda, Azərbaycan xalqının mənəvi aləmində, psixoloji durumunda, milli şüurunda böyük təkamülün, böyük dəyişikliyin yaranmasına gətirib çıxartdı: “Bu addımlar həm 1969-1982, həm də 1982-87-ci illərdə atılıb. Xüsusilə 1993-2003-cü illərdə müstəqil dövlət quruculuğu istiqamətində həyata keçirdiyi siyasətdə Ulu öndər Heydər Əliyev müstəqil dövlətçiliyin təməl prinsiplərini müəyyənləşdirib. Bu prinsiplər bu gün də Azərbaycan üçün, Azərbaycan xalqı üçün çox önəmlidir və hesab edirəm ki, bu prinsiplər gələcəkdə də xalqımız tərəfindən daim istifadə olunacaq”.
YAP İcra katibinin müavini qeyd edib ki, 1993-cü ilin yayında Azərbaycan “olum, ya ölüm” dilemması qarşısında qaldığı bir vaxtda xalqın təkidlə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasını tələb etməsi heç də təsadüfi deyil: “Həmin il iyunun 15-də müdrik siyasətçinin, təcrübəli dövlət xadiminin hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycan tarixinin Heydər Əliyev dövrünə, özünün yeni, daha əzəmətli mərhələsinə qədəm qoydu. Bu qayıdışla ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun şəkildə müstəqil dövlət quruculuğu prosesi başlandı. Beləliklə, Ümummilli lider Heydər Əliyevin birinci hakimiyyəti ölkənin formalaşdırılmasına hesablanmışdısa, Onun ikinci hakimiyyəti əsl qurtuluş oldu”.
Millət vəkili Qalib Salahzadə, Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu rayon idarəsinin rəisi Faiq Nuriyev və başqaları çıxışlarında bildiriblər ki, həm sovetlər hakimiyyəti, həm də müstəqillik dövründə Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Çıxışlarda qeyd edilib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Sonda YAP sıralarına qəbul edilmiş şəxslərə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25

