/ / YAP Qubadlı rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir
YAP Qubadlı rayon təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir
25.04.2014 [09:28]
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Qubadlı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatı silsilə tədbirlər keçirir. Dünən isə rayon partiya təşkilatı fəallarının, o cümlədən, gənclərin iştirakı ilə növbəti tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri, Qubadlı rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Haxverdiyev Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafındakı xidmətlərindən danışıb.
Allahverdi Haxverdiyev, həmçinin, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulan, ölkəmizi inkişafa aparan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini söyləyib. O da vurğulanıb ki, ölkəmizdə gənclərə diqqət və qayğı göstərilir. “Gənclər hər zaman istər xalqın, istərsə də dövlətin gələcəyi kimi xarakterizə olunur. Bu baxımdan, Azərbaycanda yetişən sağlam gənclik dövlətimizin inkişafına əsl töhfədir. Ulu öndər Heydər Əliyev gəncləri hər zaman ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi adlandırırdı və onlara etimad göstərirdi. Bu siyasi kurs Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir”.
Daha sonra çıxış edən YAP Qubadlı rayon təşkilatının Gənclər Birliyinin sədri Aqil Quliyev, YAP Qubadlı rayon təşkilatının sədr müavini Əli Ələsgərov, rayon təşkilatının fəalları, o cümlədən, Mərdanlı kənd tam orta məktəb ilk partiya təşkilatının sədri Çimnaz Kərimova, Mərdanlı kənd tam orta məktəbinin direktoru Könül Kərimova və tarix müəllimi Günay Paşayeva Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü misilsiz xidmətlər haqqında danışıblar. Çıxışlarda qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə Azərbaycanda sənayenin inkişafı təmin edilib. Eyni zamanda, müstəqillik dövründə Ulu öndərimizin rəhbərliyi ilə ölkənin uzunmüddətli, dinamik və hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırlanıb və uğurla icra olunub.
Sonda Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatına yeni üzv olan şəxslərə üzvlük vəsiqələri verilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

