Maliyyə sabitliyi uğurun əsasıdır: iqtisadi müstəqillik Ulu Öndərin siyasi xəttinin təməlidir
20.10.2026 [23:05]
Oktyabrın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının S.Vurğun küçəsi 83 üzrə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi) ərazi partiya təşkilatında növbəti müşavirə keçirilib. Nazirliyin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Prezidenti və partiyanın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışından irəli gələn tapşırıqların müzakirəsinə həsr edilib.
Müşavirə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Toplantıda çıxış edən maliyyə nazirinin müavini, YAP Nəsimi rayon S.Vurğun küçəsi 83 üzrə ərazi partiya təşkilatının sədri Natiq Həsənov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin davamlı inkişafı naminə ardıcıl fəaliyyət göstərir. Nazir müavini YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışında səsləndirilən əsas fikirlərə və qarşıya qoyulan vəzifələrə toxunub. O, qurultayda müəyyən edilmiş istiqamətlər üzrə fəaliyyətin təşkilinin, ərazi partiya təşkilatlarının işinin səmərəliliyinin artırılmasının və partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının əhəmiyyətini vurğulayıb.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov isə çıxışında dövlət başçısının qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması, eləcə də beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın beynəlxalq nüfuzunu gücləndirir və milli maraqlarını etibarlı şəkildə təmin edir.
Daha sonra çıxış edən digər partiya üzvləri Yeni Azərbaycan Partiyasının yarandığı gündən etibarən keçdiyi şərəfli inkişaf yolundan bəhs edib, ölkəmizin ictimai-siyasi həyatında oynadığı aparıcı rolu və cəmiyyətdə qazandığı yüksək etimadı xüsusi vurğulayıblar.
Müzakirələrdə Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, gənclərlə işin genişləndirilməsi və təşkilatdaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47
Analitik
20 Oktyabr 09:41
Gündəm
20 Oktyabr 09:30
YAP xəbərləri
20 Oktyabr 09:28
Sosial
20 Oktyabr 09:17
İqtisadiyyat
20 Oktyabr 08:51
Sosial
20 Oktyabr 08:36
Gündəm
20 Oktyabr 08:12
İdman
19 Oktyabr 23:17
Dünya
19 Oktyabr 22:55
Dünya
19 Oktyabr 22:12
Sosial
19 Oktyabr 21:49
Dünya
19 Oktyabr 21:13
Mədəniyyət
19 Oktyabr 21:09
Dünya
19 Oktyabr 20:41
İdman
19 Oktyabr 20:19
Siyasət
19 Oktyabr 20:18
YAP xəbərləri
19 Oktyabr 19:06
İqtisadiyyat
19 Oktyabr 18:53
YAP xəbərləri
19 Oktyabr 18:26
Müsahibə
19 Oktyabr 18:25

