VIII Qurultayın yekunları və qarşıda duran hədəflərin müzakirəsi Ağdaşda davam etdirilir
12.10.2026 [13:28]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının yekunlarına və qarşıya qoyulmuş hədəflərə həsr olunan tədbirlər YAP Ağdaş rayon təşkilatı tərəfindən ərazi partiya təşkilatlarında davam etdirilir.
Bu çərçivədə Təhsil sektoru, Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Rabitə işçiləri ərazi partiya təşkilatlarında partiya fəallarının iştirakı ilə görüşlər keçirilib.
Görüşlərdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin VIII Qurultaydakı çıxışı, ölkəmizin keçdiyi inkişaf yolu, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra yaranmış yeni reallıqlar, eləcə də qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritet istiqamətlər ətrafında geniş müzakirələr aparılıb.
YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov və sədr müavini İsa Eminov görüşlərdəki çıxışlarında VIII Qurultayın əhəmiyyətindən bəhs edərək Prezident İlham Əliyevin nitqində səsləndirilən mühüm mesajlara münasibətlərini bildiriblər.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin qurultaydakı nitqi Azərbaycanın müasir inkişaf mərhələsinin əsas xüsusiyyətlərini və qarşıda duran vəzifələri əhatə etməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra ölkənin yeni tarixi mərhələyə qədəm qoyması ilə bağlı fikirləri xüsusi vurğulanıb. Bildirilib ki, əldə olunan tarixi nailiyyətlərin qorunması, dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi və ölkənin dayanıqlı inkişafının təmin edilməsi qarşıdakı dövrün əsas vəzifələrindəndir.
Tədbirlərdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları da Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirilən fikirlərə münasibətlərini bildirərək qurultayın qarşıya qoyduğu hədəflərin əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməsi üçün partiya üzvlərinin fəallığının artırılması, əhali ilə müntəzəm təmasların genişləndirilməsi və ictimai-siyasi proseslərdə yaxından iştirakın təmin olunması vacibdir.
Görüşlərdə həmçinin partiyanın yerli təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi, üzvlər arasında maarifləndirmə işinin genişləndirilməsi, gənclərlə işin təşkili və qurultayda müəyyənləşdirilən hədəflərin yerlərdə ardıcıl şəkildə təşviqi məsələlərinə toxunulub.
Görüşlərdə vurğulanıb ki, YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi partiyanın yerli təşkilatlarının fəaliyyətində də əsas istiqamətlərdən biri olacaq. Bu məqsədlə ərazi partiya təşkilatlarında görüşlərin və maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxTurizm
12 Oktyabr 23:47
Dünya
12 Oktyabr 23:46
YAP xəbərləri
12 Oktyabr 23:30
Mədəniyyət
12 Oktyabr 23:25
Dünya
12 Oktyabr 23:14
YAP xəbərləri
12 Oktyabr 23:14
Dünya
12 Oktyabr 22:53
Sosial
12 Oktyabr 22:41
Sosial
12 Oktyabr 22:41
YAP xəbərləri
12 Oktyabr 22:08
Elm
12 Oktyabr 22:00
İdman
12 Oktyabr 21:44
Hadisə
12 Oktyabr 21:22
Dünya
12 Oktyabr 20:55
Sosial
12 Oktyabr 20:31
Siyasət
12 Oktyabr 20:27
Dünya
12 Oktyabr 20:25
Dünya
12 Oktyabr 18:26
Dünya
12 Oktyabr 17:42
Gündəm
12 Oktyabr 17:23
Dünya
12 Oktyabr 16:30
Dünya
12 Oktyabr 16:07
Hadisə
12 Oktyabr 15:53
Siyasət
12 Oktyabr 15:47
Siyasət
12 Oktyabr 15:46
Siyasət
12 Oktyabr 15:46
Siyasət
12 Oktyabr 15:45
Siyasət
12 Oktyabr 15:44
Sosial
12 Oktyabr 15:42
Sosial
12 Oktyabr 15:41
Sosial
12 Oktyabr 15:39
Dünya
12 Oktyabr 15:28
Xəbər lenti
12 Oktyabr 15:26
Hadisə
12 Oktyabr 15:26
İqtisadiyyat
12 Oktyabr 15:25
Sosial
12 Oktyabr 15:24
Sosial
12 Oktyabr 15:02
Sosial
12 Oktyabr 15:00
Sosial
12 Oktyabr 14:58
Sosial
12 Oktyabr 14:42
Dünya
12 Oktyabr 14:40
Dünya
12 Oktyabr 14:15
Gündəm
12 Oktyabr 14:02
YAP xəbərləri
12 Oktyabr 13:56
Dünya
12 Oktyabr 13:34
YAP xəbərləri
12 Oktyabr 13:30
Hadisə
12 Oktyabr 13:10
Gündəm
12 Oktyabr 13:09
Gündəm
12 Oktyabr 13:01
Dünya
12 Oktyabr 12:43
Gündəm
12 Oktyabr 12:40
Dünya
12 Oktyabr 12:19
Gündəm
12 Oktyabr 12:00
Dünya
12 Oktyabr 11:52
Dünya
12 Oktyabr 11:45
Dünya
12 Oktyabr 11:37
Dünya
12 Oktyabr 11:29
Dünya
12 Oktyabr 11:27
Dünya
12 Oktyabr 11:23
Dünya
12 Oktyabr 11:13
Dünya
12 Oktyabr 11:10
YAP xəbərləri
12 Oktyabr 11:07
Gündəm
12 Oktyabr 11:04
Dünya
12 Oktyabr 10:58
Dünya
12 Oktyabr 10:52
Dünya
12 Oktyabr 10:40
Dünya
12 Oktyabr 10:35
Gündəm
12 Oktyabr 10:21
Dünya
12 Oktyabr 09:42
YAP xəbərləri
12 Oktyabr 09:30

