YAP Bərdə rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib
14.03.2014 [09:25]
Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının yaranmasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək, Onun xatirəsini ehtiramla yad ediblər. Sonra rayondakı Hedər Əliyev Mərkəzində eksponatlara baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya partiyanın ötən 21 illik dövrdə gördüyü işlərə diqqət çəkib. Partiyanın yaranma tarixi, 21 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında məlumat verən rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev tərəfindən ölkə tarixinin mürəkkəb dövründə yaradılıb.
Rayon təşkilatının sədri ölkəmizdə həyata keçirilən quruculuq-abadlıq işlərindən də danışıb və əlavə edib ki, YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə hər sahədə dinamik inkişafa nail olunub.
Daha sonra rayon təşkilatının yaranma tarixinə qısa ekskurs edən Fəqət Şadlinskaya “YAP yarandıqdan qısa müddət sonra Azərbaycanın bütün bölgələrində olduğu kimi, Bərdədə də o zamankı iqtidarın təzyiq və maneələrinə baxmayaraq, 1993-cü il mart ayının 13-də 185 nəfər təəssübkeşin iştirakı ilə YAP rayon təşkilatının təsis konfransı keçirilib” deyib.
Fəqət Şadlinskaya bildirib ki, daima dövlətçiliyə sadiq bərdəlilər bu gün də yekdilliklə Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti birmənalı olaraq dəstəkləyirlər: “Hazırda YAP Bərdə rayon təşkilatının sıralarında 10335 nəfər üzv birləşir. Onlardan 4103 nəfəri qadın, 2930 nəfəri isə gəncdir. İctimaiyyətin bütün təbəqələrindən olan insanlar partiyada təmsil olunurlar”.
Çıxış edən digər natiqlər də YAP-ın Azərbaycan xalqı və dövləti qarşısında gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonra YAP sıralarına yeni qəbul olunmuş gənclərdən bir qrupuna üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə Fəxri fərmanlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

