3 Oktyabr – Azərbaycan xalqının xilaskarını seçdiyi gün
30.09.2026 [09:48]
Bu gün biz tariximizin ən taleyüklü anlarından birini - 3 oktyabr 1993-cü ili böyük qürur və minnətdarlıqla xatırlayırıq. Həmin gün Azərbaycan xalqının böyük oğlu, Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilməklə ölkəmizin taleyində dönüş yaratdı. Həmin illərdə Azərbaycan ağır sınaqlarla üz-üzə idi. Daxili çəkişmələr, anarxiya, iqtisadi tənəzzül və torpaq itkiləri xalqımızı ümidsizlik burulğanına sürükləmişdi. Xalqımız yüz illərə söykənən müstəqillik arzusunu reallaşdırdığı və dövlətçiliyini əldə etdiyi andan həm də onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Yeri gəlmişkən, hələ 1992-ci ildə keçmiş SSRİ məkanında və daha çox da Azərbaycanda gedən dağıdıcı proseslərin axarını və məqsədini dərindən dəyərləndirən Heydər Əliyev xalqın istəyi ilə onun rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması qərarını verməklə bu proseslərin məhvərini doğru istiqamətə yönəltmək üçün ciddi əsaslar yaratmış oldu. Bu partiya qısa müddətdə təkcə bir siyasi təşkilat kimi deyil, həm də xalqımızın xilası, ölkəmizin sabitliyi və müstəqil gələcəyi naminə qurulan güclü siyasi dayağa çevrildi. Onun lideri Azərbaycanın müstəqilliyini dönməz etdi, dövlətimizin siyasi, iqtisadi və sosial əsaslarını möhkəmləndirdi. O zaman xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan, bir neçə aydan sonra YAP-nın namizədi kimi seçkiyə qatılan və xalqın seçilmiş Lideri kimi Heydər Əliyev, öz müdrik siyasəti ilə Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdi, sabitliyi və milli birliyi bərpa etdi. Onun müəyyənləşdirdiyi rəsmi dövlət siyasəti, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar sahələrdə inkişaf istiqamətləri, reallaşdırdığı enerji strategiyası və imzaladığı“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi yüksəlişinə yol açdı və ölkəmizi regionun enerji liderinə çevirdi.
Bu gün əminliklə qeyd edirik ki, inkişafın bütün parametrləri üzrə güclü Azərbaycanın təməli Heydər Əliyevin uzaqgörən siyasəti ilə qoyulmuşdur. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. O, hər zaman bəyan edirdi ki, Qarabağ torpaqları mütləq azad olunacaq. Onun qurduğu güclü dövlətçilik təməli və müasir ordu quruculuğu sahəsindəki siyasəti gələcək qələbələrimizin əsasını qoydu. Bu gün biz qürurla deyirik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində və 2023-cü ildə əldə edilən möhtəşəm Zəfərlərin də ilham mənbəyi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətdən qaynaqlanır. Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızın qürurla dalğalanması Müzəffər Prezidentimiz İlham Əliyevin Milli İdeyaya sadiqliyinin təntənəsidir. Bugünkü Azərbaycan və onun nailiyyətləri sübut edir ki, öz taleyini mənsub olduğu xalqının taleyi ilə birləşdirən liderlər, indiki halda Heydər Əliyev yalnız onu yetirən xalqa deyil, bütün insanlığa və hüdudsuz zamanlara aiddirlər. Bu baxımdan O, bütün hallarda bizimlədir, müqəddəs ideyaların gerçəkıəşdirilməsi naminə əzmlə getdiyimiz yolu aydınladan bir mayakdır. Ən əsası, Heydər Əliyevin əbədiyaşar irsi hər zaman yolumuza işıq salacaq!
İlqar İsayev,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
21 Oktyabr 14:48
Siyasət
21 Oktyabr 14:41
YAP xəbərləri
21 Oktyabr 14:07
YAP xəbərləri
21 Oktyabr 12:56
Dünya
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:52
YAP xəbərləri
21 Oktyabr 12:44
YAP xəbərləri
21 Oktyabr 12:20
YAP xəbərləri
21 Oktyabr 11:38
Gündəm
21 Oktyabr 11:07
İqtisadiyyat
21 Oktyabr 11:06
İqtisadiyyat
21 Oktyabr 10:49
Siyasət
21 Oktyabr 10:46
Siyasət
21 Oktyabr 10:33
Hadisə
21 Oktyabr 10:08
Siyasət
21 Oktyabr 09:11
Siyasət
21 Oktyabr 09:00
Mədəniyyət
21 Oktyabr 08:54
Ədəbiyyat
21 Oktyabr 08:38
YAP xəbərləri
20 Oktyabr 23:02
İdman
20 Oktyabr 22:46
İdman
20 Oktyabr 22:13
Dünya
20 Oktyabr 21:07
YAP xəbərləri
20 Oktyabr 20:49
Dünya
20 Oktyabr 20:42
Mədəniyyət
20 Oktyabr 20:10
İdman
20 Oktyabr 19:10
İqtisadiyyat
20 Oktyabr 18:49
İqtisadiyyat
20 Oktyabr 18:32
İqtisadiyyat
20 Oktyabr 18:11
Sosial
20 Oktyabr 17:59
YAP xəbərləri
20 Oktyabr 17:40
İqtisadiyyat
20 Oktyabr 17:28
Sosial
20 Oktyabr 16:43
Dünya
20 Oktyabr 16:22
Sosial
20 Oktyabr 16:17
Gündəm
20 Oktyabr 16:12
Mədəniyyət
20 Oktyabr 16:11
YAP xəbərləri
20 Oktyabr 16:11
Dünya
20 Oktyabr 15:51
Sosial
20 Oktyabr 15:19
İqtisadiyyat
20 Oktyabr 15:16
YAP xəbərləri
20 Oktyabr 15:15
YAP xəbərləri
20 Oktyabr 14:52
Dünya
20 Oktyabr 14:52
YAP xəbərləri
20 Oktyabr 14:30
Dünya
20 Oktyabr 14:28
İdman
20 Oktyabr 14:21
Hadisə
20 Oktyabr 14:14
Elm
20 Oktyabr 14:13
İqtisadiyyat
20 Oktyabr 14:13
YAP xəbərləri
20 Oktyabr 13:50
YAP xəbərləri
20 Oktyabr 13:47
İdman
20 Oktyabr 13:47
Dünya
20 Oktyabr 13:24
Dünya
20 Oktyabr 12:41
İqtisadiyyat
20 Oktyabr 12:39
Elm
20 Oktyabr 12:28
Dünya
20 Oktyabr 11:45
İqtisadiyyat
20 Oktyabr 11:42
İqtisadiyyat
20 Oktyabr 11:15
YAP xəbərləri
20 Oktyabr 11:03
İqtisadiyyat
20 Oktyabr 10:59
YAP xəbərləri
20 Oktyabr 10:29
Analitik
20 Oktyabr 10:23
YAP xəbərləri
20 Oktyabr 10:15
Dünya
20 Oktyabr 10:12
Gündəm
20 Oktyabr 10:05
Dünya
20 Oktyabr 09:50
YAP xəbərləri
20 Oktyabr 09:47

