/ / Biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəıxalq bazarlara tranzitini həyata keçiririk.
Biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəıxalq bazarlara tranzitini həyata keçiririk.
22.09.2026 [15:00]
Vüsal Hüseynov
YAP Xocavənd rayon təşkilatının sədri
Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolu, əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi məqsədyönlü enerji siyasəti ölkəmizi Avropa ilə Asiya arasında mühüm enerji və nəqliyyat qovşaqlarından birinə çevirib. Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə yalnız özünün enerji resurslarının dünya bazarlarına çıxarılması ilə məhdudlaşmır. Ölkəmiz eyni zamanda Mərkəzi Asiya dövlətlərinin enerji resurslarının Xəzər dənizi vasitəsilə beynəlxalq bazarlara çatdırılmasında mühüm tranzit imkanları təqdim edir.
Prezident İlham Əliyev sentyabrın 17-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə Azərbaycanın bu istiqamətdəki roluna diqqət çəkərək bildirmişdir: “Biz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən ölkəyik, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının daha sonra beynəlxalq bazarlara tranzitini həyata keçiririk”.
Bu fikir Azərbaycanın enerji strategiyasının regional və qlobal əhəmiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan uzun illər ərzində enerji resurslarının hasilatı, nəqli və ixracı sahəsində mühüm infrastruktur formalaşdırıb. Ölkənin həyata keçirdiyi enerji layihələri həm milli iqtisadiyyatın inkişafına, həm də tərəfdaş dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin zəngin təbii ehtiyatlara malik olması bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün ciddi potensial yaradır. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, bu təbii ehtiyatlar dövlətlərin möhkəmlənməsinə, xalqların rifahının yüksəlməsinə xidmət etməklə yanaşı, bütün dünya üçün də mühüm rol oynayır. Hazırkı beynəlxalq şəraitdə enerji təhlükəsizliyi məsələsinin xüsusi əhəmiyyət kəsb etməsi də bu əməkdaşlığın strateji mahiyyətini artırır.
Azərbaycanın enerji və nəqliyyat imkanları Türk dünyası dövlətləri arasında iqtisadi əlaqələrin inkişafı üçün də geniş imkanlar açır. Enerji, nəqliyyat, logistika və kommunikasiya layihələrinin paralel şəkildə inkişaf etdirilməsi region ölkələrinin qarşılıqlı bağlılığını gücləndirir və ticarət əlaqələrinin genişlənməsinə şərait yaradır.
Bu baxımdan Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, həm də regional enerji və nəqliyyat sistemlərinin mühüm iştirakçısı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan layihələr Xəzər hövzəsi ilə Avropa arasında əlaqələrin möhkəmlənməsinə və Mərkəzi Asiya dövlətlərinin dünya bazarlarına çıxış imkanlarının genişlənməsinə xidmət edir.
Azərbaycanın bu istiqamətdəki fəaliyyəti Türk Dövlətləri Təşkilatının iqtisadi potensialının artırılması baxımından da mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, TDT məkanından mühüm enerji və nəqliyyat marşrutları keçir və bu marşrutlar yalnız təşkilata üzv ölkələr üçün deyil, daha geniş region üçün də əhəmiyyətlidir.
Azərbaycanın qarşıdakı dövrdə də enerji resurslarının təhlükəsiz və etibarlı marşrutlarla beynəlxalq bazarlara çıxarılmasında, Mərkəzi Asiya ilə Avropa arasında əlaqələrin gücləndirilməsində və regional enerji təhlükəsizliyinin təmin olunmasında fəal rol oynayacağı gözlənilir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın strateji tranzit ölkə kimi mövqeyini möhkəmləndirməklə yanaşı, Türk Dövlətləri Təşkilatı məkanında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

