Gənclər təşkilatlarının əməkdaşlığı – Türk dünyasının gələcəyinə aparan mühüm körpü
22.09.2026 [10:49]
Müasir dünyada dövlətlərarası münasibətlərin inkişafı yalnız siyasi və iqtisadi əlaqələrlə məhdudlaşmır. Xalqların bir-birini daha yaxından tanıması, ortaq dəyərlərin qorunması və gələcək nəsillər arasında qarşılıqlı etimadın formalaşdırılması da beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan gənclərlə iş və gənclər təşkilatları arasında əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki bu günün gənci sabah cəmiyyətin idarə olunmasında, elm və təhsildə, iqtisadiyyatda, mədəniyyətdə və digər sahələrdə söz sahibi olacaq.
Məhz bu reallıq fonunda Prezident İlham Əliyevin 17 sentyabr 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirdiyi fikir diqqət çəkir. Dövlət başçısı TDT çərçivəsində gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsinin, müntəzəm tədbirlərin, forum və konfransların keçirilməsinin vacibliyini vurğulayıb.
Türk Dövlətləri Təşkilatı 2009-cu ildə yaradılıb və Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan hazırda onun üzv dövlətləridir. Təşkilatın əməkdaşlıq istiqamətləri sırasında təhsil, mədəniyyət, diaspor, informasiya-kommunikasiya texnologiyaları ilə yanaşı, gənclər və idman sahəsi də xüsusi yer tutur.
TDT çərçivəsində gənclərlə bağlı əməkdaşlıq yeni məsələ deyil. 2015-ci ildən bu sahədə əməkdaşlıq prosesi inkişaf etdirilir. Gənclər və idman nazirlərinin görüşləri, gənclər mübadiləsi proqramları, könüllülük layihələri, gənc liderlər və sahibkarlar forumları bu istiqamətdə həyata keçirilən mexanizmlər sırasındadır. Təşkilatın məlumatına əsasən, üzv dövlətlər əhalisinin 40 faizindən çoxunu gənclər təşkil edir. Bu fakt gənclərlə bağlı əməkdaşlığın TDT üçün nə qədər əhəmiyyətli olduğunu göstərən mühüm göstəricilərdən biridir. 2017-ci ildə Türk Şurası çərçivəsində Gənclər Platformasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlardan biri olub. Platformanın əsas məqsədlərindən biri üzv dövlətlərin gənclər təşkilatları və milli gənclər şuraları arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlıq və koordinasiyanın artırılması idi. Bu prosesin Azərbaycanda da mühüm nümunələri var. 2018-ci ildə Naxçıvanda Türk Şurasının Gənc Liderlər Forumu keçirilib. Forumda üzv dövlətlərin dövlət qurumlarının, milli gənclər şuralarının və gənclər təşkilatlarının nümayəndələri iştirak edərək gənclər əməkdaşlığının gələcək istiqamətlərini müzakirə ediblər. Tədbirin əsas məqsədlərindən biri ortaq tarixə, dilə və mədəniyyətə malik gənclər arasında ünsiyyətin genişləndirilməsi və gələcəyin liderlərinin hazırlanmasına töhfə vermək olub.
Beləliklə, Prezident İlham Əliyevin 2026-cı ildə səsləndirdiyi fikir artıq mövcud olan əməkdaşlıq mexanizmlərinin daha da inkişaf etdirilməsi və sistemləşdirilməsi baxımından nəzərdən keçirilə bilər. İstənilən əməkdaşlığın davamlı olması üçün insanlar arasında birbaşa əlaqələrin qurulması mühüm rol oynayır. Dövlətlər arasında müqavilələr və rəsmi görüşlər əlaqələrin hüquqi və siyasi əsaslarını yarada bilər. Lakin xalqlar arasında uzunmüddətli münasibətlərin formalaşmasında insan amili də əhəmiyyətlidir. Gənc azərbaycanlı tələbənin Türkiyədən, Qazaxıstandan, Özbəkistandan və ya Qırğızıstandan olan yaşıdı ilə bir layihədə iştirak etməsi, fikir mübadiləsi aparması və birgə fəaliyyət göstərməsi ona digər ölkənin cəmiyyətini daha yaxından tanımaq imkanı verir. Eyni zamanda qarşı tərəf də Azərbaycan haqqında məlumatı yalnız informasiya vasitələrindən deyil, birbaşa ünsiyyətdən əldə edir. Bu baxımdan gənclər mübadiləsi proqramları yalnız mədəni tədbir deyil, qarşılıqlı anlaşmanın formalaşmasına xidmət edən sosial platforma kimi qiymətləndirilə bilər.
TDT-nin hazırkı gənclər əməkdaşlığı mexanizmləri də bu məqsədləri nəzərdə tutur. Təşkilatın rəsmi məlumatlarında çoxtərəfli gənclər mübadiləsi proqramının ortaq tarix, dil, mədəniyyət və ənənələr haqqında məlumatlılığın artırılmasına, gənclərin bir araya gətirilməsinə və ölkələr arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət etdiyi bildirilir. Bu baxımdan məktəblərin, universitetlərin, gənclər təşkilatlarının və ictimai birliklərin üzərinə də mühüm vəzifələr düşür. Gənclərin yalnız tədbir iştirakçısı deyil, layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal tərəf kimi çıxış etməsi onların təşkilatçılıq, liderlik, ünsiyyət və məsuliyyət bacarıqlarının inkişafına imkan yaradır.
Cənab Prezident İlham Əliyev çıxışında müntəzəm tədbirlərin, forumların və konfransların keçirilməsini xüsusi qeyd edib. Bu fikir gənclər əməkdaşlığının təsadüfi görüşlərdən davamlı fəaliyyət modelinə keçirilməsi məsələsini gündəmə gətirir. Bu istiqamətdə müxtəlif sahələr üzrə ortaq layihələrin həyata keçirilməsi mümkündür. Elm və təhsil sahəsində tələbə və şagird mübadilələri, birgə elmi müsabiqələr, debatlar və olimpiadalar təşkil oluna bilər. Mədəniyyət sahəsində ortaq festivallar, yaradıcılıq layihələri, film və kitab müzakirələri, milli irsin tanıdılmasına yönəlmiş proqramlar həyata keçirilə bilər. Könüllülük istiqamətində isə müxtəlif ölkələrin gənclərinin birgə sosial layihələrdə iştirakı onların həmrəyliyini və qarşılıqlı məsuliyyət hissini gücləndirə bilər.
Bununla yanaşı, rəqəmsal imkanlardan da daha geniş istifadə etmək mümkündür. Müasir gənclər böyük ölçüdə internet və sosial media vasitəsilə ünsiyyət qurduqları üçün TDT ölkələrinin gənclər təşkilatları arasında onlayn platformaların yaradılması, birgə maarifləndirici layihələrin hazırlanması və virtual görüşlərin keçirilməsi əməkdaşlığın coğrafi sərhədlərini genişləndirə bilər. Gənclər təşkilatlarının qarşılıqlı fəaliyyəti yalnız dövlət qurumlarının təşəbbüsü ilə məhdudlaşmamalıdır. Gənclərin özlərinin təşəbbüs göstərməsi, yeni ideyalar irəli sürməsi və ortaq layihələr hazırlaması əməkdaşlığın səmərəliliyini artıra bilər.
Azərbaycanın gənclər siyasətində də gənclərin müxtəlif sahələrdə fəaliyyətinin dəstəklənməsinə dair nümunələr mövcuddur. Məsələn, 2026-cı il üzrə Prezident mükafatları elm, təhsil, mədəniyyət, gənclərlə iş, ictimai və sosial fəaliyyət, innovasiya və sahibkarlıq kimi istiqamətlərdə fərqlənən gənclərə təqdim edilib. Bu cür dəstək mexanizmlərinin beynəlxalq əməkdaşlıq imkanları ilə birləşdirilməsi gənclərin həm ölkə daxilində, həm də türk dünyası miqyasında layihələrdə iştirakını genişləndirə bilər.
Türk dünyasının ortaq tarixi və mədəni yaxınlığı gənclər arasında əməkdaşlıq üçün mühüm zəmin yaradır. Lakin ortaq dəyərlərin gələcək nəsillərə ötürülməsi yalnız tarixi keçmişin xatırlanması ilə məhdudlaşmamalıdır. Bu dəyərlər müasir təhsil, elm, texnologiya, mədəniyyət, sahibkarlıq və sosial layihələr vasitəsilə yaşadılmalıdır. Bu baxımdan gənclər təşkilatlarının əməkdaşlığı strateji xarakter daşıyan sosial-humanitar istiqamət kimi diqqətdə saxlanıla bilər. Gənclərin bir-birini tanıması, ortaq layihələrdə çalışması, fikir mübadiləsi aparması və müxtəlif sahələrdə təcrübə qazanması gələcəkdə daha geniş əməkdaşlıq imkanlarının yaranmasına şərait yarada bilər. Prezident İlham Əliyevin “TDT çərçivəsində məhz gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik” fikri də bu baxımdan aktual məsələni gündəmə gətirir. Dövlət başçısının qeyd etdiyi kimi, gənclərin bir-biri ilə ünsiyyətini artırmaq üçün müntəzəm tədbirlərin, forumların və konfransların keçirilməsi əhəmiyyətlidir.
Nəticə etibarilə, gənclər təşkilatları arasında əməkdaşlıq yalnız bugünün deyil, gələcəyin münasibətlərinin formalaşmasına təsir edə biləcək mühüm sahələrdən biridir. Bu sahədə əldə olunan nəticələrin davamlı olması üçün dövlət qurumları, ictimai təşkilatlar, təhsil müəssisələri və bilavasitə gənclərin özləri arasında əlaqələrin daha da gücləndirilməsi vacibdir.
Bu gün qurulan dostluq və əməkdaşlıq körpüləri sabah türk dünyasının müxtəlif ölkələrində fəaliyyət göstərəcək alimləri, müəllimləri, mühəndisləri, sahibkarları, diplomatları, mədəniyyət və ictimaiyyət nümayəndələrini bir-birinə bağlaya bilər. Ona görə də gənclər təşkilatlarının qarşılıqlı fəaliyyəti sadəcə tədbirlər toplusu deyil, ortaq tarixdən gələcəyə uzanan əlaqələrin inkişaf etdirilməsi üçün mühüm platformadır.
Çinarə Məmmədova
YAP Naxçıvan şəhər təşkilatı üzrə ƏPT sədri,
Naxçıvan şəhər 13 saylı tam orta məktəbin direktor müavini, partiya fəalı
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24

