Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Samux rayon təşkilatında yubiley yaşı tamam olmuş partiya veteranı ilə görüş keçirilib

YAP Samux rayon təşkilatında yubiley yaşı tamam olmuş partiya veteranı ilə görüş keçirilib

21.09.2026 [18:57]

Sentyabrın  21-də  YAP  Samux rayon təşkilatı tərəfindən uzun illər rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərmiş partiya veteranı Camalov Nəzər Məmməd  oğlunun 60 illik  yubileyi  münasibətilə görüş keçirilib.

YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov yubilyarı təbrik edərək ona  möhkəm cansağlığı, uzun ömür arzulayıb. G.Bayramov, partiya veteranının Ümummilli Lider Heydər Əliyev ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləndiyini  qeyd edib.

Yubilyar göstərilən diqqətə və qayğıya görə təşəkkürünü bildirib, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunması və uzun illər partiyanın təbliğatındakı fəaliyyətinin  onun  üçün böyük qürur olduğunu söyləyib.

Sonda yubilyar  partiya dəyərlərinin təbliğində aktiv iştirakına  görə   rayon təşkilatı  tərəfindən fəxri fərmanla  təltif edilib və qiymətli hədiyyə  təqdim olunub.

Paylaş:
Baxılıb: 156 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Neft ucuzlaşır

21 Sentyabr 10:47

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30