Azərbaycan-Özbəkistan münasibətləri zəngin tarixi, mənəvi və mədəni köklərə söykənir
25.08.2026 [15:48]
Məlumdur ki, Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə
inkişaf edən Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri xüsusilə son illər
davamlı olaraq genişlənir. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli,
həm də çoxtərəfli platformalarda, o cümlədən də Türk Dövlətləri Təşkilatı və digər
beynəlxalq təsisatlar çərçivəsində intensiv şəkildə inkişaf edir. Hər iki ölkəni
tarixdən gələn milli-mədəni bağlılıqlar, dövlətlərin siyasi iradəsi və cəmiyyətlərin
istəyi birləşdirir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri
ölkələrimiz arasında əlaqələri yeni təkan verəcək. Liderlər tərəfindən Azərbaycan
və Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması da
dostluq və qardaşlığımızın sarsılmazlığını ifadə edir.
Qeyd edək ki, ölkələrimizin diplomatik münasibətlərinin 1995-ci il oktyabrın
2-də qurulmasına baxmayaraq, Azərbaycan və özbək xalqları arasında ənənəvi
dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və
mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim
dövrlərə gedib çıxır. Azərbaycanla Özbəkistanın tarixi dostluq, qardaşlıq
münasibətləri dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib
və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik
illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası
münasibətlərin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna
xidmətləri olub. Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı.
Əlaqələrimizin bugünkü mənzərəsinə nəzər salsaq görərik ki, Ulu Öndərin təməlini
qoyduğu münasibətlər Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində
bəhrəsini verir. 2022-ci ildə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı
Daşkəndin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş
guşənin açılışı Özbəkistan xalqının Azərbaycan xalqının böyük Liderinin
xatirəsinə, bütün xalqımıza həqiqi qardaşlıq münasibətinin təzahürüdür.
Xatırlatmaq yerinə düşər ki, Özbəkistan ilə dostluq və qardaşlıq münasibətlərinin
bütün sahələrdə inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin 2004-cü
il martın 23-24-də bu ölkəyə dövlət səfəri zamanı “Azərbaycan Respublikası və
Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da
möhkəmləndirilməsi haqqında Bəyannamə” imzalanıb. Həmçinin 2021-ci il
martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans
formatında keçirilmiş qeyri-formal Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat
Mirziyoyev Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması
münasibətilə təbrik edib. Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından
hədiyyə olaraq Füzulidə inşa etdirilən və 2023-cü il avqustun 23-də açılışı olan
Mirzə Uluqbəy adına 960 şagird yerlik tam orta məktəb isə Azərbaycan və
Özbəkistan xalqlarının qardaşlığının rəmzinə çevrilib. Bütün bunlar onu deməyə
əsas verir ki, hazırkı Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyəyə
çatmasında Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi
münasibətləri həlledici rol oynayır. Təsadüfi deyil ki, hər iki prezident dövlət
səfərləri və rəsmi səfərlərdən əlavə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində də
tez-tez görüşürlər.
Onu da qeyd etmək lazımdır ki, həm Azərbaycan, həm də Özbəkistan
iqtisadi baxımdan da bütün Türk dünyasının qüdrətli dövlətləri hesab olunurlar.
Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal
əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi
olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və
ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar
Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan
yükdaşımaların həcminin daha da artmasına təkan verir. Şübhəsiz ki, son illərdə
Azərbaycan - Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da
möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən
strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin
gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. Eyni soy-kökə və uzun tarixə
söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun
olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış sənədlər, o
cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın
inkişafına dair Bəyannamə və Müttəfiqlik Bəyannaməsi bu əməkdaşlıq üçün
möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya
ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və
xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr
verməkdədir. Məlum olduğu kimi, cənab Prezidentin səfəri zamanı imzalanan
sənədlər, atılan təməllər və gerçəkləşən açılışlar ölkələrimiz arasında
münasibətlərin daha da inkişaf etdiyini göstərir. Daşkənddə Nizami Gəncəvi adı
Milli Pedaqoji Universitetinin açılış mərasimi də xalqlarımızın qədim tarixə malik
dostluğunu ifadə edir.
Ən əsası, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir
davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək,
xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək. Prezident İlham
Əliyevin Özbəkistana növbəti dövlət səfəri də qarşılıqlı əlaqələrin inkişafına böyük
təkan verəcək!
Fərid Yusifov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının
fəal üzvü
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

