Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan–Özbəkistan münasibətləri: yüksək səviyyəli siyasi dialoq və möhkəmlənən strateji müttəfiqlik

Azərbaycan–Özbəkistan münasibətləri: yüksək səviyyəli siyasi dialoq və möhkəmlənən strateji müttəfiqlik

24.08.2026 [18:04]

Hüseyn Süleymanov
YAP Kəngərli rayon təşkilatının sədr müavin
i
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli
İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin
mövcud vəziyyəti və gələcək inkişaf perspektivlərinin qiymətləndirilməsi baxımından
mühüm əhəmiyyət daşıyır. Müsahibədə dövlətlərimiz arasında siyasi dialoqun çox
yüksək səviyyədə olduğu xüsusi vurğulanmış, Azərbaycan–Özbəkistan əlaqələrinin
qarşılıqlı etimad, hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdiyi qeyd
edilmişdir. Bu münasibətlər həm ikitərəfli əməkdaşlığın genişlənməsinə, həm də Türk
dünyasının birlik və həmrəyliyinin daha da güclənməsinə mühüm töhfə verir.
Azərbaycan və Özbəkistanı birləşdirən münasibətlər dərin tarixi, milli-mədəni və
mənəvi bağlara əsaslanır. Hər iki xalqın ortaq tarixi kökləri, zəngin mədəni irsi və milli
dəyərləri dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Müstəqillik illərində
isə bu tarixi yaxınlıq siyasi iradə və qarşılıqlı maraqlar əsasında müasir dövlətlərarası
əməkdaşlıq modelinə çevrilmişdir. Bu baxımdan Azərbaycan və Özbəkistanın
münasibətləri yalnız ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş regional və
beynəlxalq kontekstdə mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi “Dövlətlərimiz arasında
siyasi dialoq çox yüksək səviyyədədir” fikri iki ölkə arasında münasibətlərin əsas
xüsusiyyətlərindən birini ifadə edir. Yüksək səviyyəli siyasi dialoq dövlətlər arasında
qarşılıqlı etimadın mövcudluğunun mühüm göstəricisidir. Azərbaycan və Özbəkistan
beynəlxalq və regional məsələlərdə bir-birinin mövqeyinə hörmətlə yanaşır, qarşılıqlı
dəstəyi və əməkdaşlığı prioritet istiqamət kimi qəbul edirlər. Bu siyasi yaxınlıq
iqtisadiyyat, nəqliyyat, enerji, humanitar sahə və digər istiqamətlərdə əməkdaşlığın
genişlənməsi üçün əlverişli zəmin yaradır.
İki ölkə liderlərinin qarşılıqlı səfərləri isə münasibətlərin inkişafında xüsusi rol
oynayır. Dövlət başçılarının mütəmadi görüşləri və aparılan yüksək səviyyəli danışıqlar
ikitərəfli əlaqələrin strateji xarakterini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri iki müstəqil, güclü
və suveren dövlət arasında mövcud olan təbii müttəfiqliyi rəsmi olaraq daha da
möhkəmləndirmişdir. Bu, Azərbaycan və Özbəkistanın münasibətlərinin yalnız siyasi
tərəfdaşlıqla məhdudlaşmadığını, uzunmüddətli strateji məqsədlərə söykəndiyini
göstərir.
Azərbaycan və Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin
formalaşması Türk dünyasının ümumi gücünün artırılması baxımından da mühüm
əhəmiyyət daşıyır. Hər iki dövlət Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal əməkdaşlıq
edir və türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin

genişləndirilməsinə xüsusi önəm verir. Bakı ilə Daşkənd arasında möhkəm münasibətlər
Türk dünyasının vahid iqtisadi və nəqliyyat məkanının formalaşdırılması, qarşılıqlı
investisiyaların artırılması və ortaq layihələrin həyata keçirilməsi baxımından yeni
imkanlar yaradır.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də nəqliyyat və logistika sahəsidir.
Azərbaycan və Özbəkistanın yerləşdiyi əlverişli coğrafi mövqe Şərqlə Qərbi birləşdirən
nəqliyyat marşrutlarının inkişafında hər iki ölkəyə xüsusi üstünlüklər verir. Orta Dəhlizin
inkişafı Azərbaycan və Özbəkistanın iqtisadi potensialının daha səmərəli şəkildə
əlaqələndirilməsinə, ticarət əlaqələrinin genişlənməsinə və regionun tranzit
əhəmiyyətinin yüksəlməsinə şərait yaradır. Bu istiqamətdə əməkdaşlıq yalnız iki ölkənin
deyil, bütövlükdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının iqtisadi inkişafına
müsbət təsir göstərir.
Azərbaycan–Özbəkistan əlaqələrinin mühüm dayaqlarından biri də humanitar və
mədəni əməkdaşlıqdır. Xalqlarımızın ortaq tarixi və mədəni dəyərləri bu sahədə
əməkdaşlıq üçün geniş imkanlar açır. Elm, təhsil, mədəniyyət və incəsənət sahələrində
həyata keçirilən birgə layihələr xalqlarımızın bir-birini daha yaxından tanımasına və
qardaşlıq münasibətlərinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi
müsahibədə Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsi, siyasi dialoqun
möhkəmliyi və dövlət başçılarının qarşılıqlı səfərlərinin strateji əhəmiyyəti xüsusi olaraq
önə çıxarılmışdır. İki müstəqil, güclü və suveren dövlət arasında formalaşmış təbii
müttəfiqlik qarşılıqlı etimada və milli maraqların uzlaşdırılmasına əsaslanır. Bu
münasibətlərin bundan sonra da bütün istiqamətlər üzrə inkişaf etdirilməsi həm
Azərbaycan və Özbəkistanın milli maraqlarına, həm də Türk dünyasının birliyinin və
regional əməkdaşlığın daha da güclənməsinə xidmət edəcəkdir.

Paylaş:
Baxılıb: 26 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31