Azərbaycan–Özbəkistan münasibətləri dinamik inkişaf edir
24.08.2026 [14:33]
Son illərdə Azərbaycan–Özbəkistan münasibətləri dinamik inkişaf edərək keyfiyyətcə yeni
mərhələyə qədəm qoyub. Dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı səfərlərin intensivliyi və
xalqlarımız arasında mövcud olan möhkəm dostluq münasibətləri iki ölkə arasındakı əməkdaşlığın
bütün istiqamətlər üzrə genişlənməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi
fikirlər Azərbaycan–Özbəkistan münasibətlərinin inkişaf perspektivləri baxımından mühüm siyasi
mesajlar ehtiva edir. Dövlət başçısının fikirləri bir daha göstərir ki, Azərbaycanla Özbəkistan arasında
münasibətlər artıq yalnız tarixi-mədəni yaxınlıq və qardaşlıq hissləri ilə məhdudlaşmır.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə,
mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin xalqlarımızın əsrlər boyu qoruyub saxladığı qarşılıqlı
rəğbətə əsaslanır.Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illərdə misli
görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və
yeni məzmun qazanıb.
Prezident İlham Əliyev qeyd edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə arasında
mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimadın Azərbaycan-Özbəkistan qardaşlığının
möhkəmlənməsində xüsusi rol oynayıb.
Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və yüksək səviyyəli siyasi dialoq Azərbaycan-
Özbəkistan münasibətlərinin yeni mərhələyə keçməsinə mühüm töhfə verib. 2024-cü ildə
Azərbaycanın Özbəkistana dövlət səfəri, 2025-ci ildə isə Özbəkistan Prezidentinin Azərbaycana səfəri
zamanı imzalanan sənədlər, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə
və Müttəfiqlik münasibətləri haqqında Müqavilə bu əlaqələrin siyasi-hüquqi əsaslarını daha da
möhkəmləndirib.
Müttəfiqlik münasibətlərinin mühüm istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişlənməsidir.
Ticarət dövriyyəsinin 2025-ci ildə 795 milyon dollara çatması, Azərbaycan-Özbəkistan İnvestisiya
Şirkətinin fəaliyyəti, birgə sənaye və nəqliyyat layihələri iki ölkənin iqtisadi potensialının bir-birini
tamamladığını göstərir. Enerji, yaşıl enerji, tranzit daşımaları və investisiya sahələrində həyata
keçirilən layihələr isə əməkdaşlığın uzunmüddətli və strateji xarakter daşıdığını nümayiş etdirir.
Energetika sahəsində əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini deyən Prezident neft-qaz
sektorunda birgə müəssisələrin fəaliyyətini, eləcə də yaşıl enerji istiqamətində həyata keçirilən
layihələri qeyd edib. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan tərəfindən yaradılan “Yaşıl
Dəhliz Birliyi” MMC Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizinin həyata keçirilməsinə və
bərpaolunan enerjinin ixracı imkanlarının reallaşdırılmasına xidmət edir.
Nəqliyyat və logistika sahəsində də müsbət dinamika müşahidə olunur. 2025-ci ildə iki ölkə
arasında tranzit daşımaların həcmi 6,7 faiz artaraq 1,4 milyon tona çatıb. 2026-cı ilin yanvar-iyun
aylarında isə 12,2 faiz artım qeydə alınıb. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın coğrafi
mövqeyinin onları Şərqlə Qərbi birləşdirən strateji marşrutlarda təbii tərəfdaşlara çevirdiyini bildirib.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyasının region
üçün yeni iqtisadi və tranzit imkanları yaradacağı vurğulanıb.
Azərbaycan-Özbəkistan münasibətlərində mədəni-humanitar əməkdaşlıq da mühüm yer tutur.
Son illərdə qarşılıqlı mədəniyyət günləri, incəsənət festivalları, elmi konfranslar və digər tədbirlər
keçirilib. Prezident İlham Əliyev Özbəkistan Milli Pedaqoji Universitetinin dahi Azərbaycan şairi və
mütəfəkkiri Nizami Gəncəvinin adını daşımasını qürurverici fakt kimi qeyd edib. Bakıda təməli qoyulan
5 hektarlıq “Özbəkistan” parkının da iki xalq arasındakı qardaşlığın rəmzinə çevriləcəyi vurğulanıb.
Təhsil sahəsində əməkdaşlığın da genişləndiyini bildirən Prezident 2025-2026-cı tədris ilində
Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil
aldığını qeyd edib. Füzuli şəhərində Özbəkistanın təşəbbüsü ilə inşa edilən Mirzə Uluqbəy adına
məktəb ölkələrimiz arasındakı qardaşlığın daha bir təzahürü kimi qiymətləndirilib.
Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı eyni zamanda Türk dünyasının
inteqrasiyasına mühüm töhfə verir. Hər iki ölkənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal
əməkdaşlığı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi, Mərkəzi Asiya ilə əlaqələrin yeni
formatlar qazanması regional əməkdaşlığın perspektivlərini daha da artırır.
Azərbaycan və Özbəkistan arasında münasibətlər yalnız bu günün deyil, gələcəyin də strateji
tərəfdaşlığıdır. Qarşılıqlı etimad, siyasi iradə və ortaq dəyərlər üzərində qurulan bu müttəfiqlik həm iki
qardaş xalqın rifahına, həm də Türk dünyasının birliyinə və regionda davamlı inkişafın təmin
olunmasına xidmət edən mühüm amildir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 17:23
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Gündəm
31 Avqust 15:42
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22

