Naxçıvanın yeni inkişaf mərhələsi: böyük hədəflərdən real nəticələrə
13.08.2026 [18:45]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkə Prezidenti İlham Əliyevin avqustun 11-də 2026-cı Naxçıvan Muxtar
Respublikasına səfəri və səfərin yekununda Azərbaycan Televiziyasına verdiyi
müsahibə Naxçıvanın gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirən
mühüm siyasi hadisə kimi diqqəti cəlb edir. Dövlət başçısının müsahibəsində
səsləndirdiyi fikirlər təkcə həmin gün Naxçıvanda görülən işlərin
qiymətləndirilməsi ilə məhdudlaşmır. Müsahibədə muxtar respublikanın
təhlükəsizliyi, iqtisadi inkişafı, enerji potensialı, nəqliyyat imkanları,
sənayeləşmə, sosial rifah və tarixi-mədəni irsin qorunması ilə bağlı
uzunmüddətli strateji baxış öz əksini tapıb.
Dövlət başçısı İlham Əliyevin prezident kimi muxtar respublikaya 17-ci
səfəri zamanı verdiyi müsahibədə xüsusi vurğuladı ki, hər səfərin öz mənası və
nəticəsi var. Əslində, 11 avqust səfərinin proqramına nəzər saldıqda bunun
təsadüfi fikir olmadığı aydın görünür. Həmin gün Naxçıvan Sənaye Parkının
təməli qoyuldu, sosial evlər kompleksinin əsası qoyuldu, “Naxçıvan”
Mehmanxana Kompleksinin təməlqoyma mərasimi keçirildi, “Naxçıvan
şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan” təqdim olundu, Möminə
xatun türbəsində aparılan bərpa işləri ilə tanışlıq keçirildi, Əcəmi Naxçıvaninin
abidəsinin açılışı oldu və hərbi hissələrə döyüş bayraqları təqdim edildi. Bütün
bunlar bir-birindən ayrı layihələr təsiri bağışlasa da, əslində vahid məqsədə –
Naxçıvanın hərtərəfli və davamlı inkişafına xidmət edən böyük strategiyanın
ayrı-ayrı istiqamətləridir.
Prezident İlham Əliyevin müsahibəsində ilk diqqət çəkən məqamlardan
biri Naxçıvanın təhlükəsizliyi məsələsidir. Dövlət başçısı qeyd etdi ki, illər
ərzində muxtar respublikanın müdafiə potensialının gücləndirilməsi prioritet
istiqamətlərdən biri olub. Bu yanaşmanın özündə mühüm siyasi məntiq var.
Naxçıvan Azərbaycanın əsas ərazisi ilə birbaşa quru bağlantısı olmayan xüsusi
coğrafi mövqeyə malikdir. Bu səbəbdən onun təhlükəsizliyi və müdafiə
qabiliyyəti Azərbaycanın milli təhlükəsizlik sistemində xüsusi əhəmiyyət
daşıyır. Naxçıvanda Əlahiddə Ordunun yaradılması da məhz bu reallığın
nəticəsidir. Prezidentin müsahibəsində vurğuladığı kimi, Əlahiddə Ordu
Azərbaycan Silahlı Qüvvələrinin ayrılmaz tərkib hissəsidir. Ən müasir hərbi
texnika ilə təchizat, komando qüvvələrinin yaradılması və hərbi potensialın
davamlı şəkildə artırılması Naxçıvanın təhlükəsizlik təminatının
möhkəmləndirilməsinə yönəlmiş tədbirlərdir. Bu məqam həm də Azərbaycanın
son illərdə formalaşdırdığı müdafiə konsepsiyasının Naxçıvanda da ardıcıl tətbiq
olunduğunu göstərir. Dövlət başçısının “Azərbaycan Silahlı Qüvvələri bölgədə
söz sahibidir” fikri isə ölkənin hərbi gücünün regional təhlükəsizliyə təsir
imkanlarının artdığını ifadə edir.
Naxçıvanın gələcək inkişafında iqtisadiyyatın şaxələndirilməsi xüsusi yer
tutur. Bu baxımdan səfər zamanı Naxçıvan Sənaye Parkının təməlinin qoyulması
mühüm hadisədir. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Naxçıvan
Sənaye Parkı ərazi baxımından Sumqayıt Sənaye Parkından sonra Azərbaycanda
ikinci böyük sənaye parkı olacaq. Bu, sadəcə yeni sənaye obyektinin yaradılması
deyil. Bu layihə Naxçıvan iqtisadiyyatının istehsal yönümlü inkişafına, yeni
müəssisələrin yaradılmasına, investisiyaların cəlb olunmasına və məşğulluğun
artırılmasına hesablanıb.
İllər ərzində Naxçıvan iqtisadiyyatında müəyyən irəliləyişlər əldə olunsa
da, qarşıdakı mərhələnin əsas fərqi sənayeləşmənin daha sistemli xarakter
almasıdır. Sənaye Parkının yaradılması yerli xammal və resurslardan istifadə
etməklə yeni istehsal sahələrinin formalaşmasına, məhsulların daxili və xarici
bazarlara çıxarılmasına imkan yarada bilər. Burada əsas məqsəd yalnız yeni
müəssisələrin sayını artırmaq deyil. Əsas hədəf iqtisadi fəallığın yüksəldilməsi,
özəl sektorun imkanlarının genişləndirilməsi və Naxçıvanın özünü təmin edən,
eyni zamanda ixrac potensialına malik iqtisadi məkana çevrilməsidir.
Müsahibənin ən mühüm istiqamətlərindən biri enerji məsələsi idi.
Naxçıvan Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik
stansiyasının tikilməsi planlaşdırılır. Hazırda muxtar respublikanın generasiya
gücünün təxminən 200 meqavat olduğu nəzərə alınarsa, yeni stansiya bu
göstəricini əhəmiyyətli dərəcədə artıracaq. Prezidentin sözlərinə görə, layihənin
iki əsas məqsədi var: Naxçıvanın dayanıqlı enerji ilə təmin edilməsi və
gələcəkdə elektrik enerjisinin ixracı. Bu, Naxçıvanın enerji siyasətində
keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bir müddət əvvəl Naxçıvan üçün
əsas məsələlərdən biri enerjinin sabit və fasiləsiz təminatı idisə, indi gündəlikdə
enerji ixracı məsələsi dayanır. Bu dəyişiklik Naxçıvanın iqtisadi potensialının
necə transformasiya etdiyini göstərən mühüm göstəricidir.
Prezidentin qeyd etdiyi kimi, regionda enerji böhranları və müxtəlif
risklər artır. Müharibələr, enerji daşıyıcılarının nəqli ilə bağlı problemlər və
nəqliyyat zəncirlərinin pozulması enerji təhlükəsizliyini getdikcə daha mühüm
məsələyə çevirir. Belə bir şəraitdə Azərbaycanın enerji potensialının artırılması
və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi strateji əhəmiyyət daşıyır.
Naxçıvanın qazla 100 faiz təmin olunması da bu strategiyanın mühüm hissəsidir.
İranla qaz mübadiləsi mexanizminin yaradılması nəticəsində muxtar
respublikanın qaz təminatının sabitliyi təmin edilib. Lakin Azərbaycanın baxışı
artıq bununla kifayətlənmir. Bu gün Azərbaycanda Naxçıvan – yaşıl enerjinin
yeni mərkəzi yaradılır. Naxçıvanın Günəş və su ehtiyatları onun bərpaolunan
enerji sahəsində böyük imkanlara malik olduğunu göstərir. Prezidentin
müsahibəsində bu potensiala xüsusi diqqət yetirilməsi təsadüfi deyil.
Naxçıvanda Günəş elektrik stansiyalarının yaradılması, bərpaolunan enerji
layihələrinə özəl sektorun cəlb edilməsi və enerji saxlanc sistemlərinin
formalaşdırılması muxtar respublikanın gələcək enerji modelinin əsas
elementlərindəndir. Bu istiqamət həm Azərbaycanın “yaşıl enerji”
strategiyasına, həm də dünya enerji bazarında gedən dəyişikliklərə uyğundur.
Beləliklə, Naxçıvan gələcəkdə yalnız öz enerji tələbatını ödəyən region kimi
deyil, həm də enerji istehsal və ixrac edən mərkəz kimi formalaşa bilər. Bu,
Naxçıvanın iqtisadi coğrafiyasında çox ciddi dəyişiklik deməkdir.
Dövlət başçısı Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan
Naxçıvanla birləşdirməyin çoxdankı arzu olduğunu bildirdi və bu istiqamətdə
artıq hədəfə yaxınlaşıldığını vurğuladı. Bu məsələnin əhəmiyyəti yalnız
nəqliyyat əlaqəsinin bərpası ilə məhdudlaşmır. Zəngəzur dəhlizinin reallaşması
Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, muxtar respublikanın
Türkiyə və digər region ölkələri ilə iqtisadi əlaqələrini genişləndirəcək, yeni
ticarət və logistika imkanları yaradacaq. Naxçıvanın uzun illər davam edən
blokada şəraitindən çıxması onun iqtisadi potensialının tam şəkildə
reallaşdırılması üçün mühüm şərtdir. Dəhlizin açılması ilə Naxçıvanın coğrafi
məhdudiyyəti onun üstünlüyünə çevrilə bilər. Zəngəzur dəhlizi vasitəsilə
Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birləşdirilməsi gələcəkdə dəmir yolu,
avtomobil yolu, enerji və kommunikasiya xətlərinin vahid sistemdə birləşməsinə
imkan verə bilər. Bu, Naxçıvanı yalnız Azərbaycanın digər bölgələri ilə
əlaqələndirməyəcək. Eyni zamanda, Azərbaycanı Türkiyə, İran və daha geniş
Avrasiya məkanı ilə birləşdirən marşrutların imkanlarını artıracaq. Beləliklə,
Naxçıvanın coğrafi mövqeyi yeni məna qazanır: vaxtilə təcrid yaradan coğrafi
vəziyyət gələcəkdə tranzit üstünlüyünə çevrilə bilər.
Ölkə Prezidentinin Naxçıvana 11 avqust səfəri çərçivəsində “Naxçıvan şəhərinin
2044-cü ilədək inkişafına dair Baş Plan”la tanış olması xüsusilə diqqətçəkən
hadisədir. Bu fakt göstərir ki, Naxçıvanın inkişafına yalnız cari vəzifələr
prizmasından yanaşılmır. Qarşıya uzunmüddətli hədəflər qoyulur. 2044-cü
ilədək inkişaf perspektivi şəhərin urbanistik simasının, nəqliyyat sisteminin,
yaşayış məhəllələrinin, sosial və ictimai infrastrukturunun, yaşıllıq zonalarının
və iqtisadi fəaliyyət məkanlarının uzunmüddətli planlaşdırılmasını nəzərdə tutur.
Bu baxımdan Baş Plan sadəcə şəhərsalma sənədi deyil. O, Naxçıvanın gələcək
inkişaf fəlsəfəsinin mühüm hissəsidir.
Naxçıvanın inkişafı yalnız yeni binaların, yolların və sənaye
müəssisələrinin tikintisi ilə ölçülmür. Bu qədim diyarın tarixi-mədəni irsi də
inkişaf strategiyasının mühüm hissəsidir. Möminə xatun türbəsinin bərpası və
məşhur memar Əcəmi Naxçıvaninin abidəsinin ucaldılması bu baxımdan xüsusi
əhəmiyyət daşıyır. Naxçıvan Azərbaycan dövlətçilik tarixinin ən mühüm
məkanlarından biridir. Əcəmi Naxçıvani kimi dünya memarlıq tarixində iz
qoymuş sənətkarların irsinin qorunması həm milli yaddaş, həm də turizm
baxımından əhəmiyyətlidir.
Naxçıvanın təbiəti, mineral suları, tarixi abidələri, qədim memarlıq
nümunələri və özünəməxsus mədəni mühiti onun turizm baxımından böyük
imkanlara malik olduğunu göstərir.
Prezident İlham Əliyevin 11 avqust müsahibəsinə bütövlükdə nəzər
saldıqda bir mühüm nəticə ortaya çıxır: Naxçıvanın inkişafında artıq yeni
mərhələ başlayır. Bu mərhələnin əvvəlkindən əsas fərqi ondan ibarətdir ki,
qarşıya qoyulan hədəflər daha geniş və daha stratejidir. Əgər əvvəlki illərdə əsas
vəzifələr Naxçıvanın enerji, yol, sosial və digər infrastruktur problemlərinin
həlli idisə, indi gündəlikdə sənayeləşmə, enerji ixracı, beynəlxalq nəqliyyat
əlaqələri, investisiyaların cəlb edilməsi, turizmin inkişafı və uzunmüddətli
şəhərsalma dayanır.
Ölkə Prezidentinin müsahibəsinin əsas fəlsəfəsi də məhz budur:
təhlükəsizliyi təmin edilmiş Naxçıvanı iqtisadi cəhətdən güclü, enerji
baxımından dayanıqlı, nəqliyyat baxımından əlçatan, sosial baxımdan rahat və
beynəlxalq əməkdaşlıq üçün cəlbedici məkana çevirmək. Güclü ordu, dayanıqlı
enerji sistemi, yeni sənaye parkı, bərpaolunan enerji layihələri, müasir sosial
infrastruktur, turizm imkanlarının genişləndirilməsi, tarixi irsin qorunması və ən
əsası Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın qarşısında tamamilə yeni
üfüqlər açır. Eyni zamanda, 11 avqust müsahibəsi Naxçıvanın dünənini deyil,
daha çox sabahını göstərən siyasi mesajlarla zəngindir. Dövlət başçısının səfər
zamanı təqdim etdiyi layihələr və səsləndirdiyi fikirlər bir daha təsdiqləyir ki,
Naxçıvan Azərbaycanın ümumi inkişaf strategiyasında xüsusi yer tutur və
qarşıdakı illərdə bu qədim diyarın ölkənin iqtisadi, enerji, nəqliyyat və mədəni
həyatındakı çəkisi daha da artacaq.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

