Azərbaycan–Qırğızıstan münasibətləri: Strateji tərəfdaşlığın yeni mərhələsi
05.08.2026 [20:31]
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli və uzaqgörən xarici siyasət nəticəsində Azərbaycanın dost və tərəfdaş ölkələrlə münasibətləri davamlı olaraq yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu siyasətin əsas istiqamətlərindən biri də ortaq tarixə, ortaq milli-mənəvi dəyərlərə, ortaq dilə və mədəni irsə malik türk dövlətləri ilə əməkdaşlığın daha da möhkəmləndirilməsidir. Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və qardaşlıq münasibətləri də məhz bu siyasətin mühüm nəticələrindən biridir. Türk dünyasının ayrılmaz parçası olan Azərbaycan və Qırğızıstan müstəqillik illərində qarşılıqlı hörmət, etimad və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə uğurlu münasibətlər qurmuş, bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmişdir. Bu gün hər iki ölkə regional və beynəlxalq platformalarda bir-birini ardıcıl şəkildə dəstəkləyir, ortaq maraqlardan çıxış edərək mühüm təşəbbüslərlə çıxış edir.
Prezident İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğızıstan Respublikasına etdiyi rəsmi səfər də iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və verilən mesajlar Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm mərhələ kimi diqqəti cəlb edir.
Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev xarici siyasətdə türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. O bildirirdi ki, ortaq tarixə, dilə və mədəniyyətə malik xalqlar arasında əməkdaşlıq təkcə mənəvi deyil, həm də siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, türk dövlətləri ilə münasibətləri yeni məzmunda inkişaf etdirdi. Həmin dövrdə Qırğızıstan ilə dövlətlərarası münasibətlərin hüquqi bazası yaradıldı, yüksək səviyyəli siyasi dialoq formalaşdırıldı və əməkdaşlığın gələcək inkişafı üçün möhkəm təməl qoyuldu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan–Qırğızıstan münasibətləri tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanmışdır. Dövlətimizin başçısının həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan türk dünyasının birləşdirici mərkəzlərindən birinə çevrilmişdir. Qırğızıstan ilə münasibətlər də məhz bu siyasətin mühüm istiqamətlərindəndir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, Dövlətlərarası Şuranın iclasları, imzalanmış çoxsaylı sənədlər, iqtisadi və humanitar layihələr ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldib. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyir, regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat, enerji, rəqəmsal inkişaf və humanitar əməkdaşlıq sahələrində ortaq mövqedən çıxış edirlər. Bu gün Azərbaycan və Qırğızıstan arasında siyasi münasibətlər yüksək etimad mühitində inkişaf edir. Dövlət başçılarının müntəzəm görüşləri, hökumətlərarası komissiyanın fəaliyyəti və parlamentlərarası əməkdaşlıq əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Hər iki ölkə dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq hüququn norma və prinsiplərinin qorunmasını ardıcıl şəkildə dəstəkləyir. Bu yanaşma Azərbaycan–Qırğızıstan münasibətlərinin əsas sütunlarından biridir.
Son illərdə iki ölkə arasında iqtisadi əməkdaşlıq sürətlə genişlənmişdir. Ticarət dövriyyəsinin artırılması, investisiya layihələrinin həyata keçirilməsi, sənaye, kənd təsərrüfatı, logistika, rəqəmsal iqtisadiyyat, enerji və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm addımlar atılmışdır. Azərbaycanın Orta Dəhliz üzrə artan rolu Qırğızıstan üçün də yeni iqtisadi imkanlar yaradır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir nəqliyyat infrastrukturu və Şərq-Qərb tranzit marşrutu türk dövlətləri arasında iqtisadi inteqrasiyanın inkişafına mühüm töhfə verir.
Azərbaycan və Qırğızıstan xalqlarını ortaq dil, din, milli-mənəvi dəyərlər və zəngin mədəni irs birləşdirir. Təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında dostluğun daha da möhkəmlənməsinə xidmət edir.
Böyük qırğız yazıçısı Çingiz Aytmatovun irsinin Azərbaycanda yüksək qiymətləndirilməsi, Azərbaycan mədəniyyətinin Qırğızıstanda təbliği, qarşılıqlı mədəniyyət günlərinin təşkili humanitar əməkdaşlığın uğurlu nümunələridir. Azərbaycan və Qırğızıstan Türk Dövlətləri Təşkilatının fəal üzvləri kimi təşkilatın daha da gücləndirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edirlər. Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər türk dövlətləri arasında iqtisadi inteqrasiyanın, nəqliyyat əlaqələrinin, enerji təhlükəsizliyinin və humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir. Türk dünyasının birliyi bu gün təkcə ortaq tarixi irs deyil, həm də gələcəyə hesablanmış strateji əməkdaşlıq modelidir.
Bu gün Azərbaycan–Qırğızıstan münasibətləri qarşılıqlı hörmətə, etimada, dostluğa və strateji tərəfdaşlığa əsaslanan nümunəvi dövlətlərarası əlaqələrdən biridir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu siyasət nəticəsində iki ölkə arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Qardaş xalqların ortaq dəyərləri, dövlət başçılarının siyasi iradəsi və gələcəyə hesablanmış strateji baxışı Azərbaycan–Qırğızıstan münasibətlərinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini əminliklə deməyə əsas verir. Bu münasibətlər yalnız iki ölkənin deyil, bütövlükdə türk dünyasının həmrəyliyinin, regional sabitliyin və ortaq inkişafın möhkəmlənməsinə mühüm töhfə verməkdə davam edəcəkdir.
Həbib Misirov
YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

