Azərbaycan- Qırğızıstan əlaqələri: regional inteqrasiyanın uğurlu modeli
03.08.2026 [17:51]
Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
İyulun 31-də Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişaf tarixində yeni səhifə açıb. Çolpon-Atada keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər, qəbul edilən qərarlar və dövlət başçılarının mətbuata verdikləri bəyanatlar Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu mərhələnin əsas xüsusiyyəti münasibətlərin yalnız dostluq və strateji tərəfdaşlıq çərçivəsində deyil, müttəfiqlik ruhunda inkişaf etməsidir.
Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı fikirlər gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirib. Dövlətimizin başçısının “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq” ifadəsi Azərbaycan ilə Qırğızıstanın beynəlxalq münasibətlər sistemində bir-birinin etibarlı tərəfdaşı kimi çıxış etmək əzmini təcəssüm etdirir.
Son illər rəsmi Bakı ilə Bişkek arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı dövlət səfərlərinin artması, beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verilən dəstək və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi bu münasibətlərin strateji xarakter aldığının göstəricisidir. İyulun 31-də əldə olunan razılaşmalar isə həmin prosesin məntiqi davamı olub.
Səfər çərçivəsində imzalanan çoxsaylı sənədlər iqtisadi əməkdaşlığın yeni imkanlarını ortaya qoyur. Xüsusilə Azərbaycan–Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması gələcəyə hesablanmış mühüm qərardır. Bu fond artıq sadəcə maliyyə mexanizmi deyil, iki ölkənin ortaq iqtisadi maraqlarını həyata keçirən praktik platformaya çevrilməkdədir. İnvestisiyalar sənaye, kənd təsərrüfatı, logistika, turizm, emal sənayesi və digər sahələrdə yeni layihələrin reallaşdırılmasına imkan yaradacaq, hər iki ölkədə iqtisadi fəallığın və məşğulluğun artmasına töhfə verəcək. Dövlətimizin başçısı qeyd etmişdir: “Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir”.
Azərbaycanın Qırğızıstanda həyata keçirdiyi irimiqyaslı layihələr iki ölkə arasında iqtisadi tərəfdaşlığın real nəticələrini nümayiş etdirir. İssık-Kul gölünün sahilində inşa olunan “Baku Resort & SPA” mehmanxana kompleksi bunun ən uğurlu nümunələrindən biridir. Azərbaycanın maliyyə dəstəyi ilə tikilən bu kompleks yalnız turizm obyekti deyil, həm də Azərbaycan sərmayəsinin etibarlılığını və ölkəmizin dost dövlətlərin sosial-iqtisadi inkişafına verdiyi töhfəni əks etdirən mühüm layihədir.
Azərbaycan–Qırğızıstan münasibətlərinin fərqləndirici xüsusiyyətlərindən biri humanitar əməkdaşlığın yüksək səviyyədə olmasıdır. Qarabağın bərpasında Qırğızıstanın iştirakı, Ağdam rayonunda “Manas” adına məktəbin tikilməsi qardaşlığın və qarşılıqlı dəstəyin bariz nümunəsidir. Bu layihə təkcə təhsil müəssisəsi deyil, eyni zamanda türk xalqlarının həmrəyliyini əks etdirən mənəvi körpüdür.
Mədəniyyət sahəsində həyata keçirilən təşəbbüslər də xalqlar arasında yaxınlığın daha da möhkəmlənməsinə xidmət edir. Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın yaradılması, Bişkekdə Azərbaycan–Qırğızıstan Dostluq Parkının salınması, qarşılıqlı Mədəniyyət Günlərinin təşkili ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə verilən önəmin göstəricisidir. Bu təşəbbüslər gələcək nəsillər arasında da qarşılıqlı hörmət və dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir.
Dövlət səfərinin mühüm geosiyasi nəticələrindən biri Azərbaycanın Mərkəzi Asiya ilə əməkdaşlığının yeni mərhələyə yüksəlməsi olub. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi ölkəmizin regionla əlaqələrinin institusional əsasda inkişaf etdiyini göstərir. Bu qərar nəqliyyat dəhlizlərinin genişlənməsi, Orta Dəhlizin inkişafı, enerji və logistika sahəsində yeni layihələrin reallaşdırılması baxımından mühüm perspektivlər yaradır.
Çolpon-Ata Bəyannaməsinin qəbul edilməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Sənəd regional əməkdaşlığın genişləndirilməsi, iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, nəqliyyat-kommunikasiya layihələri və humanitar əməkdaşlığın inkişafı istiqamətində ortaq baxışın ifadəsidir. Bu bəyannamə Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin sistemli inkişafı üçün yeni siyasi platforma formalaşdırır.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğızıstanın ali dövlət mükafatı – I dərəcəli “Manas” ordeni ilə təltif olunması, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət təltifi – “Heydər Əliyev” ordeninə layiq görülməsi qarşılıqlı etimadın və yüksək siyasi münasibətlərin təntənəsi olub. Bu qarşılıqlı təltiflər dövlət başçılarına göstərilən şəxsi ehtiram olmaqla yanaşı, iki ölkə arasında formalaşmış müttəfiqlik münasibətlərinin yüksək dəyərləndirilməsinin ifadəsidir.
Azərbaycan və Qırğızıstan ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə malik iki qardaş dövlətdir. Bu amillər siyasi əməkdaşlığın möhkəm təməlini təşkil edir. Bu gün isə həmin tarixi əlaqələr konkret iqtisadi layihələr, qarşılıqlı investisiyalar, humanitar təşəbbüslər və beynəlxalq platformalarda koordinasiyalı fəaliyyətlə daha da güclənir.
Azərbaycan xarici siyasətində türk dünyası ilə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Qırğızıstan isə bu siyasətdə etibarlı tərəfdaşlardan biridir. Əldə olunan razılaşmaların ardıcıl icrası, yeni iqtisadi layihələrin həyata keçirilməsi və siyasi dialoqun davamlı inkişafı Azərbaycan–Qırğızıstan münasibətlərini yaxın illərdə regionun ən dinamik və perspektivli əməkdaşlıq modellərindən birinə çevirəcəkdir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35

