Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələ
23.07.2026 [11:58]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan geniş müzakirələr və imzalanmış mühüm sənədlər Azərbaycan–Almaniya əməkdaşlığının artıq daha sistemli və strateji məzmun kəsb etdiyini nümayiş etdirdi.
Prezident İlham Əliyevin və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin imzaladıqları “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəddir. Bununla yanaşı, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyətinə dair Birgə Bəyannamənin imzalanması iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar açır.
Dövlətimizin başçısının bəyan etdiyi kimi, Azərbaycan və Almaniya uzun müddətdir strateji dialoqun başlanmasını arzulayırdı və artıq bu məqsədə nail olunub. İmzalanmış sənədlər yalnız mövcud münasibətlərin hüquqi-siyasi bazasını möhkəmləndirmir, eyni zamanda, iki ölkə arasında əməkdaşlığın konkret layihələr və qarşılıqlı maraqlar əsasında inkişafına əlverişli şərait yaradır.
Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələr geniş potensiala malikdir. Hazırda 200-dən çox Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin və sabit iqtisadi inkişafının göstəricisidir. Prezident İlham Əliyevin səfəri zamanı Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyət dairəsinin genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı konkret təkliflərin irəli sürülməsi gələcək dövr üçün mühüm nəticələr vəd edir.
Enerji əməkdaşlığı Azərbaycan–Almaniya münasibətlərinin əsas istiqamətlərindən biridir. Bu ildən etibarən Azərbaycan təbii qazının Almaniyaya ixracına başlanılması ölkəmizin Avropanın enerji təhlükəsizliyində artan rolunu bir daha təsdiqləyir. Azərbaycan qazı artıq Avropa İttifaqına üzv olan 10 ölkəyə çatdırılır. Ölkəmizin neftinin Almaniyaya ixrac edilməsi, gələcəkdə isə yaşıl enerjinin Avropa məkanına çatdırılmasının nəzərdə tutulması enerji sahəsində əməkdaşlığın daha geniş və çoxşaxəli xarakter alacağını göstərir.
Azərbaycanın həyata keçirdiyi enerji siyasəti yalnız kommersiya maraqlarına deyil, həm də etibarlı tərəfdaşlıq, qarşılıqlı fayda və qlobal enerji təhlükəsizliyinə töhfə prinsiplərinə əsaslanır. Bu baxımdan, Azərbaycan Avropanın enerji mənbələrinin və marşrutlarının şaxələndirilməsində mühüm rol oynayan etibarlı tərəfdaş kimi çıxış edir.
Səfər zamanı nəqliyyat bağlantıları və tranzit imkanları da diqqət mərkəzində olub. Müasir nəqliyyat infrastrukturu formalaşdıran Azərbaycan Şərqlə Qərb, Orta Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynayır. Azərbaycanın Orta Asiya ölkələrinin məşvərət formatına tamhüquqlu üzv olması ölkəmizin regional nəqliyyat və iqtisadi əlaqələr sistemində mövqeyini daha da gücləndirib.
Almaniya şirkətlərinin nəqliyyat, logistika və texnologiya sahələrində zəngin təcrübəyə malik olması bu istiqamətdə əməkdaşlıq üçün geniş imkanlar yaradır. İmzalanmış Birgə Bəyannamənin icrası məqsədilə işçi qrupların yaradılmasının nəzərdə tutulması razılaşmaların praktiki nəticələrə çevrilməsinə xidmət edəcək.
Azərbaycan–Almaniya əməkdaşlığının mühüm istiqamətlərindən biri də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasıdır. Azərbaycan uzun illər işğal altında qalan torpaqlarını öz gücü ilə azad edib, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, BMT Təhlükəsizlik Şurasının icra edilməyən qətnamələrinin tələblərini həyata keçirib. Bundan sonra Azərbaycan Ermənistana sülh təklif edib və münasibətlərin normallaşdırılması istiqamətində ardıcıl addımlar atıb.
Prezident İlham Əliyev Almaniya hökumətinin sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirib. Danışıqlar çərçivəsində Almaniyada Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşlərin keçirilməsi də bu ölkənin normallaşma prosesinə dəstəyinin göstəricisidir.
Azərbaycan sülh gündəliyini yalnız siyasi bəyanatlarla deyil, konkret praktiki addımlarla dəstəkləyir. Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması, 40 min tondan artıq yükün ölkəmizin ərazisindən keçməsi, eləcə də enerji məhsullarının Ermənistana çatdırılması regionda əməkdaşlıq və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edir.
Azərbaycanın Almaniya ilə əlaqələrinin inkişafı eyni zamanda Avropa İttifaqı ilə münasibətlərin genişlənməsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Almaniya Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi həm ikitərəfli münasibətlərdə, həm də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığında mühüm rol oynayır. Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının rəhbərlərinin Azərbaycana səfərləri tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir.
Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfərinin nəticələri Azərbaycanın həyata keçirdiyi uğurlu və çoxşaxəli xarici siyasətin növbəti mühüm təzahürüdür. İmzalanmış sənədlər, yaradılan strateji dialoq mexanizmləri, iqtisadi və enerji sahələrində müəyyənləşdirilən yeni hədəflər Azərbaycan–Almaniya münasibətlərinin qarşıdakı illərdə daha da dərinləşəcəyinə əminlik yaradır.
Bu əməkdaşlıq təkcə iki ölkənin milli maraqlarına deyil, həm də Cənubi Qafqazda davamlı sülhün, Avropada enerji təhlükəsizliyinin və Şərqlə Qərb arasında iqtisadi-nəqliyyat bağlantılarının gücləndirilməsinə mühüm töhfə verəcək.
Xəbər lenti
Hamısına baxDünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23

